Makro
30.06.2021 / 20:08
Paytaxtda ticarət dövriyyəsi 1 faizə qədər artdı
14875
Bu ilin yanvar-may aylarında Bakı şəhərində ticarət dövriyyəsinin həcmi 2020-ci ilin yanvar-may ayları ilə müqayisədə 0,8 % artaraq 8 milyard 608,1 milyon manat olub.
Bu barədə Valyuta.az-a Bakı şəhər Statistika İdarəsindən məlumat verilib.
Bildirilir ki, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2 % artaraq 4 milyard 130,2 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 0,2 % azalaraq 4 milyard 477,9 milyon manata bərabər olub.
İstehlak məhsullarının 37,6 %-i hüquqi şəxs statuslu müəssisələrdə, 39,5 %-i fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 22,9 %-i isə paytaxtın məhsul bazarlarında satılıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay