BMT qlobal ticarətin artım proqnozunu yeniləyib
2021-ci ilin birinci rübündə COVID-19 pandemiyasının yaratdığı böhrandan sonra qlobal ticarətin həcmi rekord səviyyədə bərpa olunaraq, illik göstəricidə 10 faiz artıb.
Valyuta.az Report.az-a istinadən xəbər verir ki, bu barədə məlumat Birləşmiş Millətlər Təşkilatının Ticarət və İnkişaf üzrə Konfransının (UNCTAD) çərşənbə günü Cenevrədə dərc etdiyi hesabatda verilir.
Ticarətin bərpasının 2021-ci ilin ikinci rübündə də davam edəcəyi, qlobal mal və xidmət ticarətinin 6,6 trilyon dollar səviyyəsinə çatacağı gözlənilir.
“COVID-19 səbəbiylə baş verən iqtisadi sarsıntılara baxmayaraq, qlobal ticarət ümumilikdə 2020-ci ildə nisbətən yaxşı səviyyədə qalıb”, – hesabatda qeyd olunur.
Bu nəticə pandemiya ilə mübarizədə qısa müddətdə müvəffəqiyyətə nail olmuş və beləliklə COVID-19 tədbirləri ilə əlaqəli məhsullara tələb artımını “kapitallaşdıra” bilmiş Şərqi Asiya ölkələrinin iqtisadiyyatlarının dayanıqlılığı hesabına əldə olunub.
BMT-nin Ticarət və İnkişaf üzrə Konfransı 2021-ci ildə ticarətin artımının təxminən 16 faiz (dəyər baxımından) olacağını, o cümlədən mal ticarətinin 19 faiz və xidmət ticarətinin 8 faiz artacağını proqnozlaşdırır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay