Makro
17.05.2021 / 19:02
Azərbaycanla Ukraynanın ticarət dövriyyəsinin həcmi AÇIQLANIB
12323
Yanvar-aprel aylarında Azərbaycan və Ukrayna arasında ticarət dövriyyəsi 320,8 milyon dollar olub.
Valyuta.az xəbər verir ki, Ukrayna Dövlət Statistika Komitəsi bu barədə məlumat yayıb.
Bildirilir ki, 4 ayda Azərbaycan bu ölkəyə 178,4 milyon dollarlıq məhsul ixrac edib. Ölkəmizin Ukraynadan idxal etdiyi məhsulun dəyəri isə 142,4 milyon dollar olub.
Qeyd edək ki, 2020-ci ildə Azərbaycan və Ukrayna arasında ticarət dövriyyəsinin dəyəri 771,5 milyon dollar olub, bu da pandemiya ilə əlaqədar olaraq 2019-cu illə müqayisədə 36,5 milyon dollar azdır.
Xatırladaq ki, Ukrayna postsovet məkanında Azərbaycanla ticarət dövriyyəsinə görə Rusiyadan sonra ikincidir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay