Makro
08.05.2021 / 15:02
Ölkədə təhlükəli tullantılardən əldə edilən gəlirlər AÇIQLANDI
12182
Bu ilin yanvar-mart aylarında Azərbaycanda 964,5 min manat dəyərində təhlükəli tullantıların yığılması xidmətləri göstərilib ki, bu da illik müqayisədə 3,5 dəfə çoxdur.
Dövlət Statistika Komitəsindən Valyuta.az-a verilən xəbərə görə, 2020-ci ilin müvafiq dövründə ölkədə 279,1 min manat dəyərində təhlükəli tullantıların yığılması xidmətləri göstərilib.
Bununla yanaşı, hesabat dövründə respublikada 1 647,9 min manat dəyərində yararlı olmayan təhlükəsiz tullantıların yığılması üzrə xidmətlər göstərilib ki, bu da ötən ilin yanvar-mart aylarının göstəricisi ilə müqayisədə 10,6% azdır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay