"S&P": Türkiyədə istehsal böhrandan əvvəlki səviyyə qayıdıb
Dünyanın əsas inkişafda olan 16 ölkəsi arasında yalnız Türkiyə, Çinvə Hindistanda ÜDM istehsalı artıq COVID-19 pandemiyasından əvvəlki səviyyə qayıdıb.
Valyuta.az-ın "APA-Economics"-ə istinadən verdiyi məlumata görə, "S&P Global Ratings" ("S&P") bu barədə hesabat yayımlayıb.
Türkiyənin bu göstəricilərə ötən ilin sonuncu rübündə qayıtmasına baxmayaraq, ölkənin xarici maliyyə mövqeyi əhəmiyyətli dərəcədə pisləşib və bu digər inkişafda olan ölkələrlə müqayisədə daha gözəçarpandır. Bura həm də Braziliya daxildir, belə ki, ölkənin xarici sektorunun statistikası zəifləyib.
"S&P"in araşdırmasında qeyd edilir ki, sözügedən 16 ölkə arasında ÜDM istehsalı baxımından bu il pandemiyadan əvvəlki vəziyyətə çatacağı ölkələr İndoneziya (II rüb), Rusiya (III rüb), Polşa (III rüb), Malayziya (IV rüb) vəTailand olacaq (IV rüb). Bərpanın daha uzun çəkəcəyi və hətta 2023-cü ilə qədər uzanacağı ölkələr arasında isə Braziliya (2022-ci il, I rüb), Kolumbiya (2022-ci il, II rüb), Çili (2022-ci il, II rüb), Filippin (2022-ci il, II rüb), Meksika (2022-ci il IV rüb), Cənubi Afrika (2023-cü il, III rüb) və Argentina (2023-cü il, III rüb) göstərilir.
"S&P" əlavə edir ki, ölkələrin ÜDM istehsalının bərpasına baxmayaraq, dövlət borcunun ÜDM-dəki payı 2020-ci il ərzində 44%-dən 53%-ə qədər yüksəlib və proqnozlara görə 2021-ci ili yekunlarına əsasən 56%-ə qədər artacaq. "S&P"ə görə, Türkiyə hökuməti hazırladığı iri stimullaşdırıcı paketlər və tədbirlər sayəsində istehsalın tez bərpasına nail oldu, lakin bu, xarici sektorun statistikasının əhəmiyyətli pisləşməsi hesabına baş verdi.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay