AİB-dən müsbət PROQNOZ: Azərbaycanın ÜDM-i bu il də artacaq
Asiya İnkişaf Bankının (AİB) yenilənmiş proqnozlarına əsasən, bu il Azərbaycan iqtisadiyyatı 1,9% böyüyəcək.
Valyuta.az-ın "APA-Economics"ə istinadən verdiyi məlumata görə, bu barədə AİB-in "Asian Development Outlook (ADO) 2021: Financing a Green and Inclusive Recovery" adlı yeni dərc olunmuş hesabatında bildirilir.
Hesabatda, iqtisadi artımın əsas drayverləri daha yüksək karbohidrogen qiymətləri olacaq. 2022-ci ildə isə ölkədə ÜDM-in artım tempinin sürətlənərək 2,5%-ə çatacağı gözlənilir.
Qeyd edilir ki, COVID-19 pandemiyasının səngiməsi, yerli və xarici tələbin bərpa olması iqtisadi artıma müsbət təsir göstərəcək. Ermənistanla 44 günlük müharibənin isə aşağı mənfi iqtisadi təsirinin olduğu bildirilir. İstehlakçıların etibarı bərpa edildikdə və neft gəlirlərinin dövlət investisiyaları üçün istifadəyə üçün daha əlçatan olandan sonra, qeyr-neft sektorunun inkişafının neft sənayesini geridə qoyacağı güman edilir.
Xatırladaq ki, Azərbaycanın COVID-19-a qarşı müxtəlif vaksinlərin tədarükçüsü olduğu üçün artıq bu ilin sonuna ölkə əhalisinin 20%-nin peyvənd olunacağı proqnozlaşdırılır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay