Azərbaycan Türkiyədən əczaçılıq məhsulları idxal edən əsas ölkədir - Türkiyə Ticarət Nazirliyi
2020-ci ilin yekunlarına görə, Azərbaycan Türkiyədən əczaçılıq məhsulları idxal edən TOP-15 ölkənin siyahısına daxil olub.
Valyuta.az "APA-Economics"-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Ticarət Nazirliyi hesabat yayıb.
Qeyd olunur ki, Cənubi Koreya ötən il Türkiyədən əczaçılıq məhsullarının əsas idxalatçısı olub. Bu ölkəyə Türkiyədən 615,9 mln. ABŞ dolları dəyərində məhsul tədarük olunub.
TOP-15 idxalçı siyahısına İraq, Qazaxıstan, Azərbaycan, Özbəkistan, Gürcüstan, İran, İsveçrə, Bolqarıstan, Polşa, Şimali Kipr Türk Respublikası, Sloveniya, Almaniya, Suriya və Albaniya da daxildir. Bu ölkələrə ixrac, Türkiyənin ümumi dərman ixracatının 67,3%-ni təşkil edib.
Ötən il Türkiyənin əczaçılıq məhsullarının ixracatı illik ifadədə 26,8% artaraq 1,9 mlrd. dollara çatıb.
2023-cü ildə Türkiyə 3,3 milyard dollar dəyərində əczaçılıq məhsulu ixrac etməyi planlaşdırır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay