Makro
23.04.2021 / 10:54
Azərbaycanla Belarus arasında ticarət dövriyyəsi artıb - RƏSMİ
11322
Bu il ərzində Azərbaycanla Belarus arasında ticarət mübadiləsinin həcmi 105,552 milyon ABŞ dolları təşkil edib.
Dövlət Gömrük Komitəsindən Valyuta.az-a verilən məlumatda, bu göstəricinin 2020-ci ilin eyni dövrü ilə müqayisədə 3,1 dəfə çox olduğu qeyd edilib.
Birinci rüb ərzində Azərbaycandan Belarusa ixracın həcmi 79,130 mln. dollar təşkil edib ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 15,1 dəfə çoxdur. İdxalın həcmi isə 26,422 mln. dollara bərabər olub, bu göstərici illik müqayisədə 7,6% azalıb.
Nəticədə, 2021-ci ilin I rübündə 52,708 mln. dollarlıq müsbət saldo yaranıb. Halbuki ötən ilin analoji dövründə 23,394 mln. dollarlıq mənfi saldo qeydə alınmışdı.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay