Makro
20.04.2021 / 09:21
Azərbaycan ən çox Türkiyəyə məhsul göndərib
11101
Cari ilin yanvar-mart aylarında Azərbaycanın ən çox məhsul ixrac etdiyi İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələri sırasında ilk üçlükdə Türkiyə, Tunis və Liviya qərarlaşıb. Bu barədə Valyuta.Az-a Dövlət Gömrük Komitəsindən bildirilib.
Məlumata görə, Türkiyəyə ixracın dəyəri 739,3 milyon ABŞ dolları, Tunisə 18,5 milyon dollar, Liviyaya isə 13,5 milyon dollardır. Keçən ilin müvafiq dövrünə nisbətən Türkiyə və Liviyaya ixracın dəyərində artım, Tunisə isə azalma müşahidə olunub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay