Makro
16.04.2021 / 17:10
Bu il Azərbaycanla Ukraynanın ticarət dövriyyəsi nə qədər artıb? - STATİSTİKA
10951
Cari ilin birinci rübündə Azərbaycan və Ukrayna arasında ticarət dövriyyəsi 222,4 milyon dollar olub.
Valyuta.az xəbər verir ki, Ukrayna Dövlət Statistika Komitəsi bununla bağlı hesabat yayıb.
Bildirilir ki, yanvar-mart aylarında Azərbaycan bu ölkəyə 122,6 milyon dollarlıq məhsul ixrac edib. Ölkəmizin Ukraynadan idxal etdiyi məhsulun dəyəri isə 99,8 milyon dollar olub.
Qeyd edək ki, 2020-ci ildə Azərbaycan və Ukrayna arasında ticarət dövriyyəsinin dəyəri 771,5 milyon dollar olub, bu da pandemiya ilə əlaqədar olaraq 2019-cu illə müqayisədə 36,5 milyon dollar azdır.
Xatırladaq ki, Ukrayna postsovet məkanında Azərbaycanla ticarət dövriyyəsinə görə Rusiyadan sonra ikincidir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay