Makro
10.04.2021 / 13:30
Martda Gömrük büdcəyə nə qədər vəsait ödəyib? – STATİSTİKA
10608
Cari ilin martında Dövlət Gömrük Komitəsi tərəfindən dövlət büdcəsinə daxilolmalar 350 milyon 135,2 min manat olub.
Valyuta.az DGK-nin yaydığı hesabata istinadən xəbər verir ki, ötən ay gömrük rüsumları üzrə büdcə daxilolmaları 101 milyon 893,8 min manat təşkil edib.
Daxilolmalar ƏDV üzrə 228 milyon 330,5 min manat, aksizlər üzrə 15 milyon 460,4 min manat, yol vergisi üzrə isə 4 milyon 450,5 min manat olub.
Xatırladaq ki, fevralda komitənin dövlət büdcəsinə daxilolmaları 310 milyon 667,2 min manat olmuşdu.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay