BVF-dən proqnoz: 2021-ci ildə Azərbaycan iqtisadiyyatını böyüdəcək - SİYAHI
Beynəlxalq Valyuta Fondu (BVF) 2021-ci üzrə qlobal iqtisadi böyümə və inkişaf göstəricisinin 5 faizdən 6 faizə qədər yüksələcəyini açıqlayıb.
Valyuta.Az Anadolu Agentliyinə istinadən məlumat verir ki, təşkilat “Ayrılmış vəsaitlərin idarə edilməsi” adı altında təqdim olunan planda, keçən il olduğu kimi, bu il də dövlətlərin iqtisadi vəziyyətinin COVİD-19 pandemiyasından asılı olacağını vurğulayıb.
Təqdim olunan planda, bu il üçün iqtisadi baxımdan ən çox inkişaf edəcək ölkənin ABŞ, daha sonra isə Avropa İttifaqı olacağı göstərilib.
Statistikaya əsasən, ABŞ-ın hazırda iqtisadi böyümə indeksi 6,4%, Avropa İttifaqı üçün ümumilikdə 4,4% kimi əks olunub.
Bundan başqa, Türkiyənin bu il üçün iqtisadi böyümə endeksi 6% nisbətində, Azərbaycanın isə bu göstəricisi 1,8% olaraq dəyərləndirilib.
Kamran Xəlil
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay