BAKU Azərbaycan
8.03°C
  • USD
    1.7
  • EUR
    1.7488
  • RUB
    1.6559
  • TRY
    0.0479
  • GBP
    2.0771
63355

ABŞ-nin və dünyanın ən mühüm banklarından biri olan "JPMorgan", 2025-ci ildə də “Bitcoin”in “Ether” və digər altkoinlər üzərindəki üstünlüyünün davam edəcəyini gözləyir. Bankın analitikləri paylaşdıqları hesabatda bu tendensiyanın səbəblərini izah edən 8 əsas amili qeyd ediblər.  

2024-cü ildə ABŞ-da ETF-lərin qəbul edilməsi ilə birlikdə sürətlə dəyər qazanan “Bitcoin”, “Ether” başda olmaqla bir çox altkoinləri geridə qoymuşdu. Hazırda bu üstünlüyün davam edib-etməyəcəyi xüsusilə altkoinlərə sərmayə qoyan investorların diqqət mərkəzindədir. "JPMorgan" analitikləri isə bu üstünlüyün 2025-ci ildə də davam edəcəyini bildiriblər.  

Nikolaos Panigirzoglu (Nikolaos Panigirtzoglou) rəhbərliyində hazırlanan son müştəri hesabatında “Bitcoin-in Ether və digər altkoinlərə qarşı üstünlüyünün davam edəcəyini gözləyirik” ifadəsi yer alıb və bu proqnoz 8 əsas səbəblə dəstəklənib:  

1. Dəyər itkisindən qorunmaq üçün sərmayələr:  
Hesabata görə, bir çox ölkələrdə milli valyutaların sürətli dəyər itirməsi insanları və şirkətləri məhdud təchizata malik və dəyər saxlayan aktivlərə yönəldir. Analitiklər, qızıl və “Bitcoin” kimi məhdud təchizata malik aktivlərin bu baxımdan daha çox üstünlük qazanacağını düşünürlər.  

2. "MicroStrategy" alımları:  
"JPMorgan" analitikləri bildiriblər ki, "MicroStrategy" şirkətinin 42 milyard dollarlıq “Bitcoin” alma planının hələ yarısı tamamlanmayıb və şirkət bu il də aqressiv alımlarına davam edəcək.  

3. Ölkələrin rezerv seçimi:  
Hesabatda ABŞ və digər bəzi ölkələrin bu il “Bitcoin”i öz valyuta ehtiyatlarına daxil edəcəkləri və bunun “Bitcoin” qiymətini artıracağı qeyd edilib.  

4. “Bitcoin”in ikinci qatman şəbəkələri:  
“Bitcoin”in ikinci qatman şəbəkələrinin sayının artması, bu şəbəkələrin ağıllı müqavilələri dəstəkləməsi səbəbindən “Ethereum” kimi şəbəkələrə rəqib olacağı vurğulanıb.  

5. Açıq blokçeyn şəbəkələrinə azalan maraq:  
Hesabatda rəqəmsal istiqraz ticarəti və digər əməliyyatların artıq getdikcə daha çox özəl və ya konsorsium blokçeyn şəbəkələrinə keçdiyi bildirilib. Bu da “Ethereum” kimi açıq şəbəkələrə olan marağı azalda bilər. Lakin “Bitcoin” şəbəkəsinin bu vəziyyətdən təsirlənməyəcəyi düşünülür.  

6. Yeni strategiyaların tətbiqi:  
2021-2022-ci illərdəki boğa bazarlarında müşahidə edilən token mərkəzli yanaşmaların artıq yerini infrastruktur inkişafına verdiyi qeyd olunub. Məsələn, “Coinbase” tərəfindən dəstəklənən və token-ə malik olmayan “Base” şəbəkəsi buna nümunə kimi göstərilib.  

7. Mərkəzsiz layihələrin zəifləməsi:  
Mərkəzsiz layihələrin 2021-ci ildə əldə etdiyi populyarlıqdan sonra ciddi şəkildə zəifləmiş olduğu bildirilib. “Friend.tech”, “Farcaster” və “Lens” kimi mərkəzsiz sosial media platformalarının geniş qəbul görməsi üçün hələ çox vaxta ehtiyacı olduğu qeyd edilib.  

8. Müsbət tənzimləmələrin qeyri-müəyyənliyi:  
ABŞ-da kriptovalyutalara dair müsbət tənzimləmələrin “Bitcoin”ə təsirinin böyük olacağı düşünülür. Ancaq bu tənzimləmələrin digər kriptovalyutalara nə qədər təsir edəcəyinin hələ də qeyri-müəyyən olduğu vurğulanıb.  

Bu səbəblərlə "JPMorgan", “Bitcoin”in dominantlığının bu il də artacağını proqnozlaşdırır.  

Aydın

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Banklar son 2 ildə nə qədər kredit veriblər? - Tam siyahı

Davosda 124 milyardlıq görüş - “Ağıllı dövr üçün əməkdaşlıq”

"USQ"yə kriptovalyuta göndərdi - 7 il həbs cəzası aldı

"Premium Bank"ın əsas səhmdarı vəfat edib

Abbas İbrahimov: “Bu il ilk dəfə 35 mindən artıq səhmdarımızla gəlirlərimizi bölüşəcəyik”

Alqı-satqı müqaviləsi iki şirkəti üz-üzə qoydu

Bu il hansı məhsullar bahalaşdı?

“Bank of Baku”nun maliyyə hesabatı - Biznes kreditləri azalıb, faiz gəlirləri artıb

“Bank of Baku”nun maliyyə hesabatı - Biznes kreditləri azalıb, faiz gəlirləri artıb

Əhalinin bir nəfəri orta hesabla ayda 632 manatlıq mallar alıb

Prezident: Azərbaycan Gürcüstan iqtisadiyyatına 3.6 milyard dollar sərmayə qoyub

London birjası rekord qırdı

Azərbaycanda əhalinin gəlirləri 83 mlrd. manatı keçib

Kapital Bank 30-cu “Euromoney” Mərkəzi və Şərqi Avropa Forumunda®

Qanun pozuntularına yol verərək cərimələnən həkim və klinikaların sayı - RƏSMİ

İmran Xan və həyat yoldaşı ümumilikdə 21 il həbsdə qalacaqlar

Mobil operatorlar ötən il ₼1.2 mlrd. gəlir qazanıb

Mobil operatorlar ötən il ₼1.2 mlrd. gəlir qazanıb

Nikahların sayı azaldı

Azərbaycan əhalisinin sayı açıqlandı

İlham Əliyevlə İrakli Kobaxidze mətbuata bəyanatlarla çıxış ediblər - Yenilənib

Gürcüstan səfirliyinin yeni binası bu ünvanda yerləşəcək

Ziya Məmmədovun bacısı təqaüdə göndərildi

Hakan Fidan sabah Azərbaycana gələcək

10 ildə Çinin neft emalı zavodlarının 10 faizi müflis olacaq

10 ildə Çinin neft emalı zavodlarının 10 faizi müflis olacaq

İlham Əliyev və İrakli Kobaхidzе arasında təkbətək görüş başlayıb

Mask, Bezos, Zukerberq, Kuk... - Texnologiya nəhənglərinin Trampın andiçməsində nə işi var?

Bu il hansı sahənin mütəxəssislərinə daha çox tələb olacaq?

Bakıda mozaika kompozisiyalarında restavrasiya işlərinə başlanılır

Azərbaycan və Gürcüstan nəqliyyat dəhlizində əməkdaşlıq haqqında memorandum imzalayacaq

Süni intellektlə yeni dələduzluq üsulu yayılıb

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin