"Cardano"nun təsisçisi bu altkoinin gələcəyi haqqında danışıb
Dünyanın ən böyük altkoinlərindən biri olan "Cardano"nun qurucusu Çarlz Hoskinson bu altkoinin gələcəyindən danışıb.
Valyuta.az xəbər verir ki, "Cardano" ilə on illik səyahətindən danışan Hoskinson tam mərkəzləşdirilməmiş, cəmiyyət tərəfindən idarə olunan ekosistemə qüsursuz keçid təmin etməyi hədəflədiklərini söyləyib.
Ötən onilliyi dəyərləndirən Hoskinson deyir ki, 2025-ci ilə kimi həyatımın on ilini "Cardano"ya sərf etmişəm: "Bir çox səhvlər edildi, amma mən heç vaxt xətləri keçmədim və ya cəmiyyətdən pul çıxarmaq üçün orijinal yol xəritəsindən yayınmadım".
"Volter Əsri" "Cardano"nun yol xəritəsindəki son mərhələdir, bu, tam mərkəzsizləşdirmə və cəmiyyət tərəfindən idarə olunan idarəetməyə diqqət yetirir. Bu keçiddə kritik addım Hoskinsonun layihənin uğuru üçün vacib hesab etdiyi büdcə və nizamnamənin təsdiqidir.
Bununla belə, bəzi maneələr var. İnsayderlər "Cardano Vəqfi"ni təsdiq prosesini gecikdirməkdə günahlandıraraq, vaxt qrafiki ilə bağlı narahatlıqlarını artırıblar. Hoskinson israr etdi ki, bu planlar gələn il təsdiqlənməlidir:
“Bu, mənim son on ildəki missiyamdır və şəxsi, iqtisadi və ya peşəkar nəticələrindən asılı olmayaraq, onu yerinə yetirəcəyəm”.
Çətinliklərə baxmayaraq, Hoskinson "Cardano"nun gələcəyinə nikbin baxır və 2025-ci ilin ən yaxşı ili olacağını proqnozlaşdırır.
Əvəz Həsənov
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay