BAKU Azərbaycan
4.03°C
  • USD
    1.7
  • EUR
    1.7724
  • RUB
    1.6318
  • TRY
    0.0485
  • GBP
    2.1382
62512

Türkiyənin beşinci ən böyük bankı olan "Garanti BBVA" kripto ticarət xidmətini təklif etməyə hazırlaşır. 

Valyuta.az xəbər verir ki, Türkiyədən "Garanti BBVA" tərəfindən idarə olunan kriptovalyuta platforması olan "Garanti BBVA Kripto" ənənəvi bankçılıq və rəqəmsal aktivlərin inteqrasiyasında mühüm bir addım ataraq kriptovalyuta ticarəti xidmətlərini ictimaiyyətə təqdim etməyə hazırlaşır.

"Garanti BBVA" kripto ticarət xidmətləri təklif etməklə Avropa Bankları tərəfindən daha geniş şəkildə qəbul ediləcəyini xəbər verir. 

Bu inkişaf "Kripto-Aktiv Bazarları"nın (MiCA) tənzimləməsi Avropa İttifaqında tam qüvvəyə mindiyi üçün Avropa maliyyə institutları arasında kriptovalyuta xidmətlərinin getdikcə genişlənməsini vurğulayır.

"BBVA"nın Kripto Hədəfləri

İspan bank nəhəngi "Banco Bilbao Vizcaya Argentaria" (BBVA) şirkətinə məxsus Türkiyənin beşinci ən böyük bankı olan "Garanti BBVA" əməliyyatların icrası mərkəzi kimi xidmət etmək üçün İspaniya kriptovalyutası "Bit2Me" ilə əməkdaşlıq edib. 

Kriptovalyuta ticarəti xidmətləri 2024-cü ilin əvvəlindən pilot mərhələdə təklif edilsə də, bu xidmətlərin ictimailəşdirilməsi istiqamətində atılan addım "BBVA"nın daha geniş kriptovalyuta strategiyasını əks etdirir.

2023-cü ildə 857 milyard dollar aktivə malik olan "BBVA" kriptovalyuta sənayesi üçün yeni deyil. Bank Türkiyənin nisbətən əlverişli tənzimləmə mühitindən istifadə edərək təkliflərini genişləndirməzdən əvvəl sınaqdan keçirdi.

İndi "MiCA" +nın mövcud olması ilə "BBVA" və digər Avropa bankları Aİ müştərilərinə "Bitcoin" (BTC), "Ethereum" (ETH) və digər kriptovalyutalarla bağlı xidmətlər təklif etmək üçün yerli tənzimləmə təsdiqini ala bilərlər.

Avropa Bankçılığında daha geniş bir tendensiya

"Bit2Me" +nin Satış Direktoru Abel Peñaya görə, "BBVA"nın bu addımı daha böyük bir tendensiyanın bir hissəsidir: "2025-ci ildə biz Avropada bir çox bankın öz istifadəçilərinə kriptovalyuta ticarəti təklif etdiyini görəcəyik". 

O qeyd edib ki, "Bit2Me" dünya üzrə 50-dən çox maliyyə qurumu ilə danışıqlar aparır və onların əksəriyyətinin 2025-ci ilin əvvəlində kriptovalyuta xidmətlərini işə salacağı gözlənilir.

Əvəz Həsənov 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"MicroStrategy"nin 2 milyard dollarlıq hədəfi

Azərbaycanda kərpic istehsalı artıb - Rəqəmlər

Azərbaycan təbii qaz təchizatında etibarlı tərəfdaşdır - Aleksandar Vuçiç

Dəniz səviyyəsinin artmasının neft limanları üçün təhlükəsi - "The Guardian"

"Amerikan süni intellekti üçün qızıl fürsət" - "Microsoft"un 80 milyard dollarlıq planı

Planetin ən yaşlı sakini dünyasını dəyişib

Planetin ən yaşlı sakini dünyasını dəyişib

Bu ölkə “qızıl vizanı" ləğv edir

Dünya nəhəngi olan şirkət Türkiyədə dron fabriki açacaq

11 ayda 9 milyon manatlıq dərman istehsal edilib

Bu avtobus marşrutunun müsabiqəyə çıxarılması planlaşdırılır - AYNA

AZAL-ın təyyarəsi ilə bağlı yekun hesabat 3 ildən gec olmayaraq təsdiqlənəcək

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verildi

Sabah bəzi yerlərdə yağış yağacaq

"Ayıq sürücü" qaydanı pozursa, cərimə kimə yazılır?

Ukrayna valyutası tarixi minimuma düşdü

Universitetlərə qəbulda keçid balları artacaq?

Gürcüstan Milli Bankı ABŞ dolları ilə bağlı yeni qərar qəbul edib

2025-ə rektorsuz girən universitetlər - Yeni təyinatlar gözlənilir

2025-ə rektorsuz girən universitetlər - Yeni təyinatlar gözlənilir

Neftimiz bahalaşdı - Son qiymət

AZAL-ın təyyarəsinin qara qutularının təhlilinə başlandı

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri

Sankt-Peterburq aeroportunun fəaliyyəti müvəqqəti dayandırılıb

Bu il Rusiyaya gedən miqrantların rəqəmsal profilləri yaradılacaq

"Apple"ın 2025-ci ildə təqdim edəcəyi bütün məhsullar - SƏHƏR OXUSU

"Apple"ın 2025-ci ildə təqdim edəcəyi bütün məhsullar - SƏHƏR OXUSU

Həm yerdə, həm də havada: Unikal elektromobil yaradıldı

Çin kriptovalyutalarla bağlı yeni məhdudiyyətlər tətbiq edib

Çin Avropanı "məhv edir": Dünyanın ən uğurlu avtomobil markaları

Qızılın bahalaşması fonunda "Rolex"dəki qiymət artımları - "CNN"

Qızılın bahalaşması fonunda "Rolex"dəki qiymət artımları - "CNN"

"Tesla"nın Çin satışları rekord qırıb

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin