“Ethereum”un gələcəyi necə olacaq? - “Matrixport”dan analiz
Kriptovalyuta analistləri “Ethereum” qiymətinin geriləməsi səbəbilə yeni bir qiymətləndirmə yayımlayıb.
Valyuta.az-ın məlumatına görə, tanınmış kriptovalyuta analiz şirkəti olan “Matrixport”* ən son bazar analizində “Ethereum” və digər altkoinlər üçün ehtiyatlı bir yanaşma sərgiləyib. Şirkət, “Ethereum” qiymətindəki son artımın müvəqqəti olduğunu və davamlı bir yüksəliş üçün məhdud potensiala sahib olduğunu bildirib.
“Matrixport”un fikrincə, “Bitcoin” artan dominasiya nisbəti ilə kripto bazarına hakim olmağa davam edir. Bu trend “Bitcoin”in bazar hissi və fəaliyyəti ilə əsas hərəkətverici qüvvə kimi mövqeyini qoruma qabiliyyətinə diqqət çəkir. Buna qarşılıq “Ethereum”un dominasiya nisbəti 2024-cü ilin yayında “ETH ETF”lərinin bazara çıxması ilə başlayan bir trend ilə davamlı olaraq azalır. Bu fondlar milyardlarla dollar cəlb etmələrinə baxmayaraq “Ethereum”un qiymətinin aşağı düşməsini dəyişdirə bilməyib.
Analistlərə görə, “ETH” qiymətinin artması üçün müsbət katalizatorların olmaması, investorlar arasında ehtiyatlı yanaşmanı artırıb. “Matrixport” mövcud bazar şəraitinin “Ethereum”un dəyərində davamlı bir artım üçün çox az dəstək verdiyini bildirib. Analiz investorların səbirli bir yanaşma göstərmələrinin lazım ola biləcəyini və 2025-ci ildə “ETH” üçün potensial böyümə imkanlarının olduğunu qeyd edib. Bazar şəraiti yaxşılaşarsa Ethereum investorların etibarını yenidən qazana bilər və mövcud geriləməni əksinə çevirə bilər.
Əvəz Həsənov
*Matrixport kripto valyutalarla bağlı maliyyə xidmətləri təklif edən bir şirkətdir. Şirkət istifadəçilərə müxtəlif kripto valyutalarda ticarət etmə, investisiya etmək, əmanət toplama, kredit alma və digər maliyyə əməliyyatlarını həyata keçirmək imkanı verən platforma təqdim edir. Matrixport, həmçinin bazar analizləri və məsləhət xidmətləri təklif edərək, kripto valyuta bazarına dair məlumat və təhlil təmin edir. Kripto valyutalarla maraqlanan investorlar və istifadəçilər üçün bir neçə fərqli xidmət və məhsul təqdim edən bu şirkət həm fərdi, həm də korporativ müştərilər üçün xidmətlər təqdim edir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay