"Fed" rəhbərindən "Bitkoin"i soruşdular: Enişin səbəbi bu cavabdırmı?
ABŞ Federal Ehtiyat Sistemi ("Fed") ötən axşam gözləntilərə uyğun olaraq faiz dərəcəsini 25 baza bəndi azaltdı.
Valyuta.Az-ın verdiyi xəbərə görə, bunun ardınca keçirilən mətbuat konfransında "Fed" rəhbəri Cerom Povelə (Jerome Powell) "Bitkoin" barədə suallar verildi. Maraqlı məqam isə "Bitkoin"in qiymətinin Povelin cavabından sonra 100 min dollar səviyyəsindən aşağı düşməsi oldu.
Gecə saatlarında "Bitkoin" 100 min dollardan aşağı düşərək 98 min dolları görüb. Ən çox müzakirə edilən mövzulardan biri isə Povelin "Bitkoin" haqqında dediyi sözlər idi. ABŞ-nin keçmiş prezidenti Donald Trampın "Bitkoin" ehtiyatları ilə bağlı addımları barədə sualı cavablandıran Povel belə deyib:
"Fed-in belə bir hüququ və səlahiyyəti yoxdur. Bunun üçün Konqresdən qanun qəbul edilməlidir, amma bizim belə bir qanun tələbimiz də yoxdur."
Povelin bu sözləri bazar iştirakçıları tərəfindən mənfi qarşılanıb. Amma onun açıqlaması göründüyü qədər də neqativ deyil. Çünki "Fed"in ümumiyyətlə, heç bir varlığı saxlama hüququ yoxdur – nə qızıl, nə də dollar. Bu baxımdan, "Bitkoin" üçün də oxşar vəziyyət gözləniləndir.
Əvvəl müsbət danışmışdı
Xatırladaq ki, Povel bir neçə həftə əvvəl "Bitkoin" haqqında müsbət ifadələr işlətmişdi. İştirak etdiyi bir tədbirdə "Fed" rəhbəri, "Bitkoin"in dolların deyil, qızılın rəqibi olduğunu vurğulamışdı.
Hazırda isə dünyanın ən böyük kriptovalyutası olan "Bitkoin" bu xəbərin yayımlandığı anlarda 101 min 500 dollar ətrafında ticarət olunur.
Valyuta.Az
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay