BAKU Azərbaycan
5.03°C
  • USD
    1.7
  • EUR
    1.7789
  • RUB
    1.619
  • TRY
    0.0486
  • GBP
    2.1528
61445

Milyarder investor və "Pantera Capital" şirkətinin qurucusu Den Morehed (Dan Morehead) "Bitcoin"in qızıl üçün üstün alternativ olduğunu qətiyyətlə müdafiə edib.

Valyuta.Az xəbər verir ki, Morehed, qısa müddət əvvəl verdiyi açıqlamada "Bitcoin"in ənənəvi ehtiyat aktiv olan qızıl ilə müqayisədə üstünlüklərindən bəhs edib və ABŞ-ın iqtisadi siyasətindəki potensial roluna diqqət çəkib.

O, sözlərinə ABŞ-ın ehtiyat aktiv kimi qızıldan asılılığına toxunmaqla başlayıb. “Amerika Birləşmiş Ştatları 600 milyard dollar dəyərində qızıl ehtiyatına sahibdir”, - deyən Morehed, bu məbləğin 11 milyon illik Amerika işçi maaşına bərabər olduğunu da əlavə edib. Tarixi əhəmiyyətinə baxmayaraq, qızılın rəqəmsal dövrdə ehtiyat aktiv kimi mövqeyini itirdiyini bildirib.

"Bitcoin"ə keçən Morehed onu dəyər saxlamaq baxımından qızıldan “daha üstün” kimi təsvir edib. "Bitcoin"in rəqəmsal təbiəti, nadirliyi və qlobal əlçatanlığı onu daha səmərəli və gələcəyə yönəlmiş ehtiyat aktivə çevirdiyini vurğulayıb. “Rəqəmsal qızıl olan "Bitcoin"ə keçin, bu, daha yaxşıdır”, - deyə qeyd edib.

Morehed, həmçinin, ABŞ-ın dünyadakı "Bitcoin" təchizatının təxminən 1%-nə sahib olduğunu və bunun həm strateji, həm də məntiqi bir mövqe olduğunu düşündüyünü bildirib. “Bunu qoruyun, artırın”, - deyə məsləhət verən Morehed, ABŞ-ın "Bitcoin" aktivlərini genişləndirməsinin müsbət bir siyasət qərarı olacağını əlavə edib.

Eyni zamanda, digər ölkələrin artıq "Bitcoin" əldə etməyə başladığını və ABŞ-ın ehtiyat strategiyasının bir hissəsi kimi "BTC"ni mənimsəməkdə liderlik etməli olduğunu vurğulayıb.  

Rəhim

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Qlobal elektromobil bazarı: Avropanın tənəzzülü fonunda Çinin tərəqqisi - "Euronews"

C.Koreyadan iqlim texnologiyalarına 2,7 trilyonluq sərmayə

Məşhur milyarderdən tövsiyə: "Rəqəmsal qızıla - "Bitcoin"ə - keçin"

Bu sahəyə ayrılan vəsaitin həcmi 30 milyon manatdan çox artırılır

"Pizza.com" domenini 20 dollara satın alaraq milyonçu olan adam - SƏHƏR OXUSU

"Pizza.com" domenini 20 dollara satın alaraq milyonçu olan adam - SƏHƏR OXUSU

İctimai nəqliyyat vasitələrimiz buzlu yollara hazırdırmı?

"Mango"nun qurucusu dağ gəzintisində dünyasını dəyişdi

"Mango"nun qurucusu dağ gəzintisində dünyasını dəyişdi

Elektrik benzinə qalib gələ bilmir

Akselerasiya proqramları çərçivəsində 65 startap MVP səviyyəsinə çatıb

"Tesla" səhmləri "Tramp effekti" ilə rekord həddə çatdı - "Yahoo Finance"

"BMT"nin demoqrafiya proqnozları - 10 milyardı keçəcək

ABŞ-da "TikTok" üçün geri sayım başladı - "Reuters"

İxtisası yaratdıq, qaldı kadrı tapmaq

General Aqşin Kazımova yeni vəzifə verildi

Gürcüstanın yeni prezidenti açıqlandı (FOTO)

Gələn ilin dövlət büdcəsinə ən çox artımın olacağı sahə məlum olub

Dövlət qurumlarına məxsus avtomobillər satışa çıxarılır – QİYMƏTLƏR

Naxçıvan MR büdcəsinə nəzərdə tutulan dotasiyanın həcmi azaldılıb

Cənubi Koreya prezidenti vəzifəsindən uzaqlaşdırıldı

Gələn il üçün nəzərdə tutulan xarici yardımların həcmi 2 dəfədən çox artırılır

Gələn il üçün nəzərdə tutulan xarici yardımların həcmi 2 dəfədən çox artırılır

Azərbaycanda Kürü problemi: “Çin kürüsü yerli istehsal adı ilə satılır”

Neftimiz bahalaşıb

Bu agentlik 69 milyon manatlıq mal-qara alır

Nazir rəisi işdən çıxardı - Yeni təyinat (FOTO)

Bakıda “Sıfıra doğru” şüarı ilə Sənaye Təhlükəsizliyi Zirvəsi keçirilir

Almaniya dondurduğu Rusiya aktivlərinin həcmini açıqlayıb

Zəngin olmaq istəyənlərin oxumalı olduğu 5 kitab - KİTABÇI

Zəngin olmaq istəyənlərin oxumalı olduğu 5 kitab - KİTABÇI

Sulu qar, qar yağır, külək güclənib - FAKTİKİ HAVA

"FED"in 2025 planı: Faiz dərəcələri yenidən enəcəkmi? - "Bloomberg"

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin