"Nasdaq" birjasında yeni "Bitcoin" opsiyası satışa çıxdı
"BlackRock" şirkətinin "iShares Bitcoin Trust ETF" (IBIT) fondu üçün opsionlar çərşənbə axşamından etibarən Nasdaq birjasında ticarətə çıxarılıb.
Valyuta.Az xəbər verir ki, Nasdaq tərəfindən yayımlanan məlumata əsasən, "BlackRock"un "iShares Bitcoin Trust" investisiya fondunun opsionları ilk ticarət saatında 73 min opsion müqaviləsi ilə alınıb-satılıb. Bu göstərici ilə alət ən aktiv qeyri-indeks opsionları arasında ilk 20-likdə yer alıb.
İqtisadçı Noell Eçeson (Noelle Acheson) bildirib: "Bitcoinin fəal törəmə bazarı mövcuddur, lakin ABŞ-da digər aktiv sinifləri ilə müqayisədə hələ də kiçikdir və əsasən institusional oyunçularla məhdudlaşır. Yeni alətlərlə həm dəyişkənlik, həm də mənfi təsirlər azalacaq."
HƏMÇİNİN OXU:
Kriptovalyutalarda yeni addım: "Bitcoin ETF" opsiyaları "Nasdaq"da ticarətə çıxır
"Strategas" şirkətinin ETF strateqi Todd Son (Todd Sohn) isə vurğulayıb ki, Bitcoin ETF opsionlarının bazara çıxarılması bu opsionları əhatə edən yeni fondların yaranmasına da yol aça bilər.
Qeyd edək ki, Çərşənbə axşamı kripto aktiv bazarına daxil olan yeni alətlərlə "Bitcoin" yeni rekord səviyyəsinə çatıb. Bitcoin 94 min dollar həddini keçərək tarixi zirvəsini yeniləyib.
Rəhim
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay