Azərbaycanla MDB ölkələri arasında ticarət dövriyyəsinin həcmi - Ölkələr
Bu ilin yanvar-noyabr aylarında Azərbaycanla MDB ölkələri arasında ticarət dövriyyəsinin həcmi 6 milyard 325 milyon 871 min ABŞ dolları təşkil edib.
Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 8,1% çoxdur. 2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycanla MDB ölkələri arasında ticarət dövriyyəsinin həcmi 5 milyard 851 milyon 28 min ABŞ dolları təşkil edib.
Azərbaycanın MDB ölkələrinə ixracının dəyəri 1 milyard 559 milyon 358 min ABŞ dolları təşkil edib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 3,8 % çoxdur. 2023-cü ilin eyni dövründə Azərbaycanın MDB ölkələrinə ixracının həcmi 1 milyard 502 milyon 99 min ABŞ dolları təşkil edib.
MDB ölkələrindən Azərbaycana idxalın dəyəri 4 milyard 766 milyon 513 min ABŞ dolları təşkil edib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 9,6% çoxdur. 2023-cü ildə MDB ölkələrindən Azərbaycana idxalın həcmi 4 milyard 348 milyon 929 min manat təşkil edib.
Azərbaycanla MDB ölkələri arasında ticarət dövriyyəsinin həcminə görə ilk sırada Rusiya qərarlaşıb. Belə ki, Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi 4 milyard 378 milyon 505 min ABŞ dolları təşkil edib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 10,7% çoxdur. 2023-cü ilin müvafiq dövründə 3 milyard 952 milyon 66 min ABŞ dolları təşkil edib.
Azərbaycanın Rusiyaya ixracının həcmi 2023-cü ilin eyni dövrü ilə müqayisədə 0,03% artaraq 1 milyard 84 milyon 51 min ABŞ dolları təşkil edib. 2023-cü ilin 11 ayında ixracın həcmi 1 milyard 83 milyon 642 min ABŞ dolları təşkil edib. Ticarət dövriyyəsinin əsasını Rusiyadan Azərbaycana idxal təşkil edir, 3 milyard 294 milyon 454 min ABŞ dolları təşkil edib.
Azərbaycanla Ukrayna arasında ticarət dövriyyəsinin həcmi 421 milyon 145 min ABŞ dolları təşkil edib. Azərbaycanın Ukraynaya ixracının həcmi 162 milyon 597 min ABŞ dolları təşkil edib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 48% çoxdur. 2023-cü ildə Azərbaycanın Ukraynaya ixracının həcmi 162 milyon 597 min ABŞ dolları təşkil edib.
Ukraynadan Azərbaycana idxalın həcmi 258 milyon 548 min ABŞ dolları təşkil edib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 22,8% çoxdur. 2023-cü ilin 11 ayında bu göstərici 210 milyon 467 min ABŞ dollar təşkil edib.
Azərbaycanla Qazaxıstan arasında ticarət dövriyyəsinin həcmi 422 milyon 281 min ABŞ dolları təşkil edib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 40,3% çoxdur. 2023-cü ilin 11 ayında iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 300 milyon 795 min ABŞ dolları təşkil edib.
Azərbaycanın Qazaxıstana ixracının həcmi 118 milyon 581 min ABŞ dolları təşkil edib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 27,4% çoxdur. 2023-cü ildə bu göstərici 93 milyon 31 min ABŞ dolları təşkil edib.
Qazaxıstandan Azərbaycana idxalın həcmi 303 milyon 700 min ABŞ dolları təşkil edib. 2023-cü ildə Qazaxıstandan ölkəyə idxalın həcmi 207 milyon 764 min ABŞ dolları təşkil edib.
Azərbaycanla Türkmənistan arasında ticarət dövriyyəsinin həcmi 365 milyon 204 min ABŞ dolları təşkil edib.2023-cü ilin 11 ayında iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 738 milyon 965 min ABŞ dolları təşkil edib.
Azərbaycanın Türkmənistana ixracının həcmi 75 milyon 113 min ABŞ dolları təşkil edib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 2,8% çoxdur.
Türkmənistandan Azərbaycana idxalın həcmi 290 milyon 91 min ABŞ dolları təşkil edib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 2,2 dəfə azdır.
2023-cü ilin 11 ayında Azərbaycanla Türkmənistan arasında ticarət dövriyyəsinin həcmi 661 milyon 633 min ABŞ dolları təşkil edib.
Bu ilin 11 ayında Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 38,5% artaraq 223 milyon 931 min ABŞ dolları təşkil edib. Ötən il ticarət dövriyyəsinin həcmi 161 milyon 581 min ABŞ dolları təşkil edib.
Azərbaycanın Özbəkistana ixracının həcmi 37 milyon 14 min ABŞ dolları təşkil edib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 14,5% azdır.
2023-cü ilin 11 ayında ixracın həcmi 43 milyon 336 min ABŞ dolları təşkil edib.
Özbəkistandan Azərbaycana idxalın həcmi 186 milyon 917 min ABŞ dollar təşkil edib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 58% çoxdur.
2023-cü ildə idxalın həcmi 118 milyon 245 min ABŞ dolları təşkil edib.
Nara
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay