BAKU Azərbaycan
25.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8397
  • 1 Rusiya rublu
    0.0191
  • 1 Türkiyə lirəsi
    0.0521
  • 1 İngiltərə funt sterlinqi
    2.1709
51050

Niderlandın "ING Group" şirkəti 2024-cü il üçün Azərbaycanın iqtisadi artım proqnozunu 2,8 %, 2025-ci ildə 2,5 %, 2026-cı ildə isə 2,8 % səviyyəsində müəyyən edib.

Valyuta.az Report-a istinadən xəbər verir ki, bu barədə şirkətin açıqladığı proqnozlarda bildirilib. Bundan öncəki proqnoza nisbətən 2024-cü il üçün gözləntilər 0,3 faiz bəndi artıb, gələn il üçün isə 0,2 faiz bəndi azalıb.

Hesabata əsasən, 2024-cü ilin ikinci rübündə ÜDM artımı 3,5 %, üçüncü rübdə 2 %, dördüncü rübdə isə 1,5 % proqnozlaşdırılır. Həmçinin 2025-ci ilin birinci rübündə iqtisadi artım proqnozu 1,7 %, ikinci rübdə 2,5 %, üçüncü rübdə 2,7 %, dördüncü rübdə isə 3 % səviyyəsində nəzərdə tutulub.

Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-may aylarında Azərbaycanda ötən ilin eyni dövrü ilə müqayisədə 4,2 % çox ümumi daxili məhsul istehsal olunub.

Azərbaycan hökumətinin proqnozlarına görə, 2024-cü ildə ÜDM-in artımı 2,4 %, 2025-ci ildə 2,9 % səviyyəsində gözlənilir.

Birləşmiş Millətlər Təşkilatının (BMT) proqnozlarına görə, bu il Azərbaycanda ÜDM-in artımı 2,6 %, 2025-ci ildə 2,8 % təşkil edəcək.

Dünya Bankının qiymətləndirmələrinə görə, Azərbaycanda ÜDM istehsalının bu il 2,3 %, 2025-2026-cı illərdə isə 2,4 % artacağı gözlənilir.

Beynəlxalq Valyuta Fondu (IMF) bu il Azərbaycanda ÜDM-in artım proqnozunu 2,8 % olacağını proqnozlaşdırır. IMF 2025-2028-ci illərdə Azərbaycanda ÜDM-in artımını illik 2,3 %, 2029-2032-ci illərdə isə illik 2,4 % səviyyəsindən yuxarı olacağı proqnozlaşdırılıb.

Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) proqnozuna görə, 2024-cü ildə Azərbaycanda ÜDM artımı 3,1 %, 2025-ci ildə isə 2,7 % olacaq.

“S&P Global Ratings” beynəlxalq reytinq agentliyinin proqnozlarına görə, 2024-cü ildə Azərbaycanın ÜDM-i 2,5 %, 2025-ci ildə 2 %, 2026-cı ildə 1,5 %, 2027-ci ildə isə 1,5 % təşkil edəcək.

“Moody’s” beynəlxalq reytinq agentliyi isə Azərbaycanın real ÜDM artımının 2023-cü ildəki 1,1 %-dən 2024-cü ildə 2,1 %-ə qədər sürətlənəcəyini proqnozlaşdırır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Alimlər yeni neyronların yaradılması üçün əsas mexanizm tapdı

Artıq heç bir sirr qalmadı - "iPhone 16 Pro"nun bütün xüsusiyyətləri və qiyməti açıqlandı

"Great Motors" məhkəmə qarşısında

Atalıq məzuniyyətinin müddəti hansı ölkələrdə daha uzundur?

"Kindle" istifadəçiləri satın alınan bütün elektron kitablara girişi itirib

Valyuta tənzimi qaydalarını pozdu, protokol yazıldı

Alimlər turş südün köməyi ilə gözlənilməz və çox böyük qızıl mənbəyi tapıblar

Ukrayna Misiri sıxışdıraraq BVF-nin ikinci ən böyük borc alan ölkəsi oldu

"Xəzər Dəniz Gəmiçiliyi" ilə yerli şirkət arasında nə baş verib?

Maskın qəribə davranışı alıcıları «Tesla»dan uzaqlaşdırır - Araşdırma

Keçmiş Microsoft və SAP əməkdaşı Softline şirkətinin kommersiya direktoru oldu

Həkimlər də işə imtahanla qəbul oluna bilər

"Kəpəz" BOKT məhkəmə qarşısında

Aİ-dən olan iş adamları Rusiya ilə ticarət əlaqələrini davam etdirmək istəyir

"Azəri Med" qaydaları pozub - Cərimə

Avropanın qaz bazarı Asiya bazarından asılı vəziyyətə düşüb

Hakerlər "ChatGPT" texnologiyaları haqqında məlumatları oğurlayıb

Sumqayıt bələdiyyəsi ilə Hərracların Təşkili Mərkəzi arasında qalmaqal

Türkiyə ixracını artırıb, Ukraynadan idxalı azaldıb

Fırıldaqçılar "Telegram"da yeni saxtakarlıq sxemindən istifadə etməyə başladı

Sumqayıt Kimya Sənaye Parkı ilə bağlı yarım milyonluq qaz layihəsi

Türkiyə taxıl müqaviləsini bərpa etməyə ümid edir

Kolleclərə yeni direktorlar təyin olundu

Azərbaycanda hansı torpaqlar vergidən azaddır?

"Eviar" MMC-yə protokol tərtib edilib

Prezident Şuşada açılışlar etdi (YENİLƏNİB)

Ali məktəblərə qəbul balları artırılacaq?

Azərbaycanın neft və qazın tranzitindən əldə etdiyi gəlirlərin kəskin azalmasının səbəbləri məlum olub

Nazir şəhid Rəşad Atakişiyevin xanımına vəzifə verdi

Nazir şəhid Rəşad Atakişiyevin xanımına vəzifə verdi

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin