Dünya Bankı Azərbaycanın iqtisadi artım proqnozunu açıqlayıb
Dünya Bankı (DB) Azərbaycanın iqtisadi artım proqnozunu açıqlayıb.
Valyuta.az xəbər verir ki, bu barədə Dünya Bankının qlobal iqtisadiyyatla bağlı hesabatında bildirilib.
DB Azərbaycanda ümumi daxili məhsul (ÜDM) istehsalının 2024-cü ildə 2,4 %, 2025-ci ildə 2,5% artacağını proqnozlaşdırıb. Bu isə Bankın ötən ilin iyun proqnozu ilə müqayisədə 0,1% bəndi azdır. Dünya Bankı, həmçinin, 2023-cü ildə Azərbaycanda iqtisadi artımın 1,5 % təşkil etdiyini açıqlayıb.
Bundan əvvəl BMT 2024-cü il üzrə Azərbaycanda ÜDM-in 2,6%, 2025-ci ildə isə 2,8% səviyyəsində artacağını proqnozlaşdırıb.
Qeyd edək ki, Dövlət Statistika Komitəsinin son açıqladığı göstəricilərə əsasən, 2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycanda iqtisadi artım 0,8%, inflyasiya isə 9,4% təşkil edib.
© APA
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay