Barter, hərrac, depozit... – Bu terminlərin mənası nədir?
Telefonumuzu barter etdik, restorana depozit istədilər, qızılı lombarda qoyduq, hərracdan qiymətli əşya aldıq və s...
Az qala hər gün işlətdiyimiz bu və digər iqtisadi terminlərin elmi izahı necədir?
Valyuta.az onlardan bir neçəsinin izahını təqdim edir:
Barter - Birbaşa, müstəqil mal mübadiləsidir. Belə sövdələşmə müasir dünya bazarının deyil, inkişaf etməmiş, sadə əmtəə münasibətləri dövrü üçün səciyyəvidir.
Depozit - Müəyyən məqsədlə saxlanmaq üçün bank və ya başqa kredit idarələrinə verilən pul və ya qiymətli kağızdır. Bundan əlavə bəzi restoranlar da əvvəldən masa rezerv edərkən depozit də tələb edirlər.
Fiskal - "Fisk" latın sözüdür, "hörmə zənbil" deməkdir; qədim Romada pulları belə zənbillərdə saxlayırdılar, hazırda "fiskal" dedikdə toplanmış pulun dövlət xəzinəsinə verilməsi xüsusiyyəti başa düşülür.
Lizinq - Aktivlərin - əsasən binaların, avadanlıqların və nəqliyyat vasitələrinin lizinq şirkətləri tərəfindən alınması; həmin şirkətlər bu aktivləri müəyyən haqq almaqla müştərilərə icarəyə verir.
Lisenziya - Ayrı-ayrı şəxslərə və ya təşkilatlara müəyyən iş görmək üçün ixtiranı, biliyi, təcrübəni və s. istifadə etməyə görə icazədir.
Lombard - Daşınar əmlakı və ya başqa bir şeyi girov kimi qəbul edib, borc pul verən kredit müəssisəsidir.
Hərrac - Bir mülkün, malın, əşyanın, əmtəənin ən çox pul verənə verilmək üzrə açıq satışa qoyulması, auksion, yəni açıq artırma üsulu ilə satılmasıdır.
Rüsum - Həm hüquqi, həm də fiziki şəxslərdən hüquqi əhəmiyyəti olan işlərin görülməsi üçün alınan vergidir.
Sanksiya - Hər hansı qanun maddəsinin və hüquq normasının pozulmasına görə götürülən ölçüdür.
Davud
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay