Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 17% artıb
Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda əsas kapitala 15 725,9 milyon manat və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 16,5 % çox vəsait yönəldilib.
Valyuta.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib. Son 1 ildə neft-qaz sektoruna investisiyalar 24,7 %, qeyri neft-qaz sektoruna investisiyalar isə 12,5 % artıb.
Hesabat dövründə istifadə olunmuş vəsaitin 9 422,3 milyon manatı və yaxud 59,9 %-i məhsul istehsalı sahələrinə, 5 498,6 milyon manatı və yaxud 35 %-i xidmət sahələrinə, 805 milyon manatı və yaxud 5,1 %-i isə yaşayış evlərinin tikintisinə sərf olunub.
Əsas kapitala yönəldilmiş vəsaitlərin 12 207,7 milyon manatını və yaxud 77,6 %-ni daxili vəsaitlər təşkil edib, 11 463,6 milyon manatı və yaxud 72,9 %-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.
11 ay ərzində əsas kapitala yönəldilmiş vəsaitin ümumi dəyərində müəssisə və təşkilatların öz vəsaitləri 46,1 %, büdcə vəsaitləri 40,5 %, əhalinin şəxsi vəsaitləri 6,3 %, bank kreditləri 2,5 %, sair vəsaitlər isə 4,6 % paya malik olub.
© Report
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay