İqtisadiyyat
11.12.2023 / 12:26
Azərbaycanda illik inflyasiya AÇIQLANDI
38381
2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycanda inflyasiya 9.4% təşkil edib. 10 aylıq göstərici ilə müqayisədə Azərbaycanda inflyasiya 1,5% bəndi azalıb.
Valyuta.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Məlumata görə 2023-cü ilin yanvar-noyabr aylarında istehlak qiymətləri indeksi 2022-ci ilin yanvarnoyabr aylarına nisbətən 109,4%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 110,4%, qeyri-ərzaq məhsulları üzrə 108,9%, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 108,6% təşkil edib.
2023-cü ilin noyabr ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 99,8%, əvvəlki ilin noyabr ayına nisbətən 102,6% təşkil edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay