BAKU Azərbaycan
16.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8516
  • 1 Rusiya rublu
    0.0178
  • 1 Türkiyə lirəsi
    0.0496
  • 1 İngiltərə funt sterlinqi
    2.2181
37758

Azərbaycan 2050-ci ilə qədər istixana qazı emissiyalarını əhəmiyyətli dərəcədə - 40% azaltmağı hədəfləyir.

“Report” xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyasında (COP28) G77+ Çin liderlərinin Zirvə görüşündə deyib.

“Bura 30 illik erməni işğalından azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında iqlim dəyişikliyi ilə bağlı öhdəliklərin yerinə yetirilməsinə töhfə verən “yaşıl enerji” zonasının yaradılması daxildir”, - o bildirib.

Nazir vurğulayıb ki, Azərbaycan qlobal təşəbbüslərin qəbulundan sonra onların geniş şəkildə təşviqi və həyata keçirilməsinə güclü sadiqlik nümayiş etdirib:

“Son 20 ildə Azərbaycanda əhəmiyyətli iqtisadi dəyişikliklər baş verib, bunu ümumi daxili məhsulun (ÜDM) üç dəfə artması sübut edir. Ölkə yoxsulluq səviyyəsinin 49%-dən 5%-ə qədər əhəmiyyətli dərəcədə azalmasına nail olub. Bundan əlavə, 2023-cü ildə ÜDM-in təxminən 10%-ni təşkil edəcəyi gözlənilən xarici dövlət borcunun olduqca aşağı səviyyəsi ilə Azərbaycan dünya bazarında seçilir”.

Onun sözlərinə görə, dayanıqlı gələcəyə nail olmaq üçün yol aydındır, lakin bu yol həll edilməli olan problemlərlə doludur:

“Yaşıl iqtisadiyyat”a aparan yolda diqqəti çəkən problemlərdən biri də torpaqlarımızın minalarla çirklənməsidir. Azərbaycan təsdiq edir ki, davamlı inkişafın və “yaşıl” transformasiyanın təşviqində minalarla mübarizə təşəbbüslərinin rolu mühümdür”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

“Benfika” klubu korrupsiyada ittiham edilib - Detallar

Avrozonada sənaye istehsalı rekord səviyyəyə yüksəldi

"Microsoft" məhkəmədə oyunçularla razılığa gəldi

Rusiyanın Hindistana kömür tədarükü kəskin azaldı

Aİ Ukrayna ərazisindən Rusiya qazının tranzitini dayandırmağa hazırlaşır

AP Ukraynaya Rusiya aktivləri hesabına 35 milyardın verilməsini dəstəklədi

Moldova siqaret və tütün çubuqlarına müxtəlif aksiz dərəcələri tətbiq etdi

Bütün əmlakını nişanlısının adına keçirən milyonçu müflis oldu

Ağdamın “Çay evi” bərpa olunacaq

Bu avtomobilləri artıq telefonla açmaq olacaq

Avtomobillərin utilizasiyası prosesinə niyə başlanmır? (VİDEO)

“Lufthansa” yəhudi sərnişinlərə görə 4 milyon dollar cərimələnib - Detallar

"Apple" mağazalarında "MacBook Pro"lar tükənir

"Azaqro Holdinq"lə dövlət qurumu arasında 102 minlik vergi qalmaqalı

Paytaxtın drenaj sistemləri yağışlı havalara hazırdırmı? (VİDEO)

Sabah bu ərazilərdə qaz olmayacaq

Cəlilabadda zəlzələ qeydə alınıb

Rusiya "Shell"dən 1 milyard avro təzminat tələb edir

2026-cı ildə çıxacaq "iPhone 18"in ilk detalları məlum oldu

Parlamentin növbəti iclasının tarixi və gündəliyi açıqlanıb

Parlamentin növbəti iclasının tarixi və gündəliyi açıqlanıb

ATU yarım milyonluq elektrotexnika alır

Türkiyə böyük məbləğdə vergidən yayınanların axtarışına başladı

Əli Əhmədovun bacısı oğluna yeni vəzifə verildi (FOTO)

"Bakı Telefon Rabitəsi" məhkəməyə verilib

Bu gecə bəzi bank kartları işləməyəcək - SİYAHI

Bu gecə bəzi bank kartları işləməyəcək - SİYAHI

Almaniyanın dörd əyaləti "Volkswagen" fabriklərinin saxlanmasını tələb edir

"Vergi Məsləhətçiləri" cərimələnə bilər

Laçında nağıl kimi küçə: tramvay, kanat, qalareya...

Ölkəmizdə texniki baxış ləğv oluna bilərmi?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin