BAKU Azərbaycan
11.03°C
  • USD
    1.7
  • EUR
    1.7711
  • RUB
    1.629
  • TRY
    0.0492
  • GBP
    2.1302
37526

Bəzi iqtisadi terminlər var ki, onları hər gün inernet saytlarında oxusaq da, televiziya kanallarından eşitsək də mənalarını bilmirik. 

Elə iqtisadi terminlər var ki, biz onları gündəlik həyatımızda da istifadə edirik.  

Valyuta.az eşitdiyimiz, işlətdiyimiz iqtisadi terminlərdən bir neçəsinin izahını təqdim edir:

Audit - İdarəçilik fəaliyyətinin müəyyən meyarlara, norma və standartlara uyğun gəlməsini qiymətləndirmə prosesi və sistemidir.

Audit xidmətləri, bir şirkətin maliyyə və hesabat proseslərini, əməliyyatlarını və daxili nəzarət sistemlərini yoxlamaq, dəyərləndirmək və təhlil etmək üçün istifadə edilən xidmətlərdir. Audit xidmətləri müxtəlif növlərdə olur və əsasən şirkətin nəzarəti, audit hesabatı, vergi auditləri, daxili audit, mühasibat auditləri, risk idarəetməsi, məlumat texnologiyaları auditləri və digər audit xidmətlərini daxil edir.

Audit xidmətləri, şirkətin hesabatını təhlil edərək, şirkətin finansal məlumatlarının doğruluğunu, güvənilirliyini və qanunsuzluq və ya qanunsuz fəaliyyət işarələrini yoxlamaq və raporlaşdırmaq üçün istifadə edilir. Audit xidmətləri müxtəlif məqsədlər üçün istifadə edilir və şirkətin daxili idarəetməsi, investisiyaçılar, kreditçilər və vergi idarəetməsi tərəfindən tələb edilə bilər.

Barter sövdələşməsi – Birbaşa, müstəqil mal mübadiləsidir. Belə sövdələşmə müasir dünya bazarının deyil, inkişaf etməmiş, sadə əmtəə münasibətləri dövrü üçün səciyyəvidir.

Devalvasiya — Ölkənin milli pul vahidinin digər xarici valyutalar qarşısında dəyərdən düşməsidir. Bizim ölkənin timsalında sadə dillə izahını versək, devalvasiya manatın xarici valyutalara (dollara nisbətdə) ucuzlaşmasıdır. Bəs niyə sırf dollara qarşı olan ucuzlaşma bu qədər qabardıldı? Çünki, ölkəmizin ixrac potensialının çox böyük hissəsi neft və neft məhsullarının payında düşür. Bu məhsullar isə dünya bazarında dollar ilə alınıb – satılır.

Nəticədə ölkənin  əsas valyuta ehtiyatları dollarda saxlanılır. Bu səbəbdən Azərbaycanda əksər insanlar devalvasiyanı “dolların bahalaşması” kimi qiymətləndirir. Əslində isə bu hadisə manatın dollara , həmçinin dollara nisbətdə digər valyutalara qarşı dəyərdən düşməsidir. Qeyd edək ki, Azərbaycanda baş vermiş ilk devalvasiyadan sonra manat dollar qarşısında 34% dəyərdən düşdü və valyuta kursu “1 USD = 0.78 AZN” –dən “1 USD = 1.05 AZN”-ə dəyişdi. 

DİVİDEND — təsərrüfat fəaliyyətinin illik nəticələrinə görə müvafiq vergilər ödənildikdən sonra səhmdar cəmiyyətinin özünün mənfəətindən səhmlərə görə ödədiyi məbləğdir, səhm sahiblərinin gəlirləridir; bir səhmə düşən dvidendin həcmi səhmdarların ümumi yığıncağının qərarı ilə müəyyən olunur və icra edilir.

Gəlir - Fiziki və hüquqi şəxs tərəfindən əmək haqqı, məvacib, faiz, mənfəət və s. şəklində alınan puldur.

Gəlir dedikdə dövlətin, təşkilatların və ya əhalinin gəlirləri başa düşülür

Dövlət gəlirləri — vergilərin, rüsumların, ödənişlərin, xarici ticarət əməliyyatlarının, xarici kreditlərin, xarici yardımların yığılması yolu ilə dövlət tərəfindən əldə edilən və dövlət funksiyalarını həyata keçirmək üçün istifadə edilən gəlirlərdir.

Təşkilatın gəlirləri — iştirakçıların töhfələri istisna olmaqla, bu təşkilatın kapitalının artmasına səbəb olan aktivlərin (pul vəsaitlərinin, digər əmlakın) alınması və (və ya) öhdəliklərin (əmlak sahibləri) ödənilməsi nəticəsində iqtisadi mənfəətin artmasıdır . Təşkilatın adi fəaliyyətindən əldə edilən gəlir mal və xidmətlərin satışından əldə edilən gəlirdir.

Əhalinin gəlirləri — vətəndaşların, ailələrin və ev təsərrüfatlarının nağd pul formasında əldə etdikləri şəxsi gəlirləri. Bunlara aşağıdakılar daxildir: əmək haqqı, pensiya, təqaüd, müavinətlər, öz təsərrüfatlarında istehsal olunan məhsulların satışından əldə olunan gəlirlər, göstərilmiş xidmətlərə görə haqq şəklində nağd pul qəbzləri, qonorar, şəxsi əmlakın satışından, icarəyə verilməsindən əldə olunan gəlirlədir.

Kapital - Sərmayə, sərvət, əmlak, istehsal vasitələri və s. hamısı birlikdə kapital hesab olunur; bütün öhdəliklər çıxıldıqdan sonra müəssisənin aktivlərinin qalan payı da kapital adlandırılır.

Rotasiya - Latın sözüdür; "dairəvi hərəkət", "dövri dəyişmə" deməkdir. İqtisadi termin olaraq rotasiya, bir işçinin vəzifəsinin müddətini, mövqeyi, bölməni və ya departamenti dəyişdirmə prosesini ifadə edir. Bu, bir işçinin bir şirkətdə vəzifələrin dəyişdirilməsi, məşğulluğun tənzimlənməsi və karyera inkişafını dəstəkləmək məqsədi ilə həyata keçirilən bir tədbirdir.

Rotasiya işçinin biliklərini genişləndirmək, təcrübə və bacarıqlarını artırmaq, yeni perspektivlər əldə etmək və mövcud vəzifədən sıxılma, rutinə düşmə riskini azaltmaq üçün tətbiq olunur. Bu proses işçilərə yeni imkanlar və məsuliyyətlər təqdim edərək motivasiyanı artırmağa da kömək edir.

Rotasiya şirkətin effektivliyini və inkişafını dəstəkləyən bir strategiya olaraq da qiymətləndirilir. Bu proses şirkətdə əsaslı bilik və təcrübələrə malik işçilərin fərqli bölmələrdə və vəzifələrdə çalışması vasitəsi ilə bir iş yeri mədəniyyətinin inkişafına, sinerji yaratmağa töhfə verir.

Rotasiya işçilərin tərəfdaşlıq və əlaqələrin inkişafına da imkan yaradır. Fərqli bölmələrdə və təşkilat hiyerarxiyasında çalışmaq vasitəsi ilə işçilərə şirkətin daxilində daha geniş bir şəbəkə və əlaqələr qurmağa imkan verir. Bu da təcrübə mübadiləsi, mentorluq və öyrənmə imkanlarının artmasına səbəb olur.

Nəticə olaraq, rotasiya işçilərin karyera inkişafına, beynəlxalq məsələlərə uyğunlaşmağa və şirkətin inkişafına yardım edən bir tədbir olaraq dəyərləndirilir. Bu proses şirkətlərə daha adaptiv və dinamik bir iş gücü qüvvəsi yaratmaq üçün önəmli bir alətdir.

Sadələşdirilmiş vergi növü əsasən mikro, bəzən kiçik sahibkarlıq subyektləri üçün nəzərdə tutulmuşdur. Dövlət tərəfindən vergi yükünün azaldılması, vergi və mühasibat uçotunun sadələşdirilməsi, hesabat təqdimatının asanlaşdırılması məqsədi ilə yaradılmış vergi növüdür. Bu kriteryalardakı şəxslər sadələşdirilmiş vergi ödəyicisi hüququna malik ola bilər.

Unifikasiya — iqtisadiyyat və sənaye sahələrində fərqli standard, metod və təcrübələrin birləşdirilməsi prosesini ifadə edir. Bu proses, məsələn, müxtəlif ölkələrdən gələn standartların, prosedurların və metodların eyniləşdirilməsi, bir qurum və ya sektor daxilində birlikdə işləmə qaydalarının təyin edilməsi ilə bağlı ola bilər.

Valyuta böhranı (valyuta riski) - Pul-kredit sistemindəki böhranın mühüm təzahür formasıdır. Bu böhran iqtisadiyyata ciddi təsir göstərir, cəmiyyətdə sosial gərginliyi artırır. Valyuta risqi ölkənin milli valyuta kursunu itirmək təhlükəsi ilə əlaqədardır. Buna xarici ticarət, valyuta əməliyyatları və kreditləşmə sahəsindəki, xarici valyuta kursundakı gözlənilməz dəyişikliklər təsir göstərir.

Davud
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Expressbank”ın mənfəəti azalıb, şirkətlər 31 milyon manatdan çox depoziti geri çəkib

Ali Məhkəmə evinin sökülməsinə görə vətəndaşa mənəvi təzminat ödənilməsinə qərar verdi

Aynur Qurbanlı nazirlikdə departament direktoru təyin edildi

"2025-ci ilin büdcəsi iqtisadi tərəqqi ilə sosial vəziyyəti tarazlaşdırır" - Spiker

Kirayə mənzil verənlərin nəzərinə: vergi ilə bağlı YENİLİK

Qarabağ və Şərqi Zəngəzura bu qədər vəsait ayrılacaq

Leysan olacaq, qar yağacaq - Xəbərdarlıq

Parlamentin komitə sədri: Gələn il minimum pensiyanın artırılması planlaşdırılır

Komitə sədri: "Valyuta ehtiyatlarımız xarici borcumuzu 14 dəfə üstələyir"

"Bakıda söküntü işlərinin aparılması sifarişçilərdən və iş adamlarından asılıdır"

Milli Məclisin plenar iclası başladı - Gələn ilin büdcəsi müzakirə olunacaq

“Ali & Nino”nun direktoru dəyişib

DİN biri 41 min manata 20 ədəd avtomobil alır

Azərbaycan və İtaliya şirkətləri arasında görüşlər keçirilib

Badımcanı Gürcüstana 34 qəpiyə, Ərəbistana 24 manata satırıq - ÖLKƏLƏR, QİYMƏTLƏR

Bakıda sərnişindaşımada YENİLİK: Elektrik mühərrikli avtobuslar xəttə buraxıldı

Azad edilmiş ərazilərin rezidentləri 9 ayda 3,7 milyon manat vergi verib

Bu ölkələrdən Azərbaycana ət məhsullarının gətirilməsi QADAĞAN OLUNUB

Əbu-Dabidə “Şuşa günləri” keçiriləcək - 182 min manat ayrıldı

Əbu-Dabidə “Şuşa günləri” keçiriləcək - 182 min manat ayrıldı

“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz®

Əli Əsədov Qərar imzaladı

Azərbaycanın MDB məkanında daha çox ticarət apardığı ölkələr - SİYAHI

Dağlıq rayonlarda 2 dərəcəyədək şaxta olub - FAKTİKİ HAVA

Bu gündən COP29 zolaqları qüvvədən düşüb

Növbəti 10 ildə ən çox hansı bacarıqlar tələb olunacaq?

Asiya İnkişaf Bankı 2030-cu ilə kimi iqlim maliyyələşməsinə 100 mlrd. dollar ayıracaq

Azərbaycana avtomobil idxalı azalıb - Səbəb nədir?

ABŞ-də icma quran 100 qadından biri - "Sara Ferguson dedi ki, səninlə fəxr edirəm" - MÜSAHİBƏ

ABŞ-də icma quran 100 qadından biri - "Sara Ferguson dedi ki, səninlə fəxr edirəm" - MÜSAHİBƏ

Azərbaycanda 2 min manatdan çox əmək haqqı alanlar bu sahələrdə işləyir

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin