İqtisadiyyat
24.08.2021 / 11:11
"IHS Markit": Bu il qlobal iqtisadiyyat 5,7% böyüyə bilər
17419
Qlobal iqtisadi artımın tempi bu il 5,7%-ə çata bilər, lakin 2025-ci ilədək 3%-ə qədər yavaşlama ehtimalı var.
Valyuta.az-ın "APA-Economics"ə istinadən verdiyi məlumata görə, bu barədə "IHS Markit" analitik şirkətinin icraçı direktoru Sara Conson öz proqnozunda bildirib.
2022-ci ildə qlobal ÜDM istehsalının 4,5%-ə çatacağını gözləyən S.Conson bildirib ki, artımın əsas drayverləri istehlak xərclərinin və biznes investisiyalarının əhəmiyyətli bərpası olacaq.
Qeyd edilir ki, proqnozlara görə, 2025-ci ilədək böyümə tempinin 3%-ə qədər yavaşlamasına baxmayaraq, bu göstərici COVID-19 böhranından əvvəlki dövrdə (2019-cu il) qeydə alınan artımdan (2,7%) daha yaxşı olacaq.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay