İstanbulun pərakəndə ticarət şəbəkəsində iyulda illik inflyasiya 17,4% olub
2021-ci ilin iyul ayında İstanbulun pərakəndə ticarət şəbəkəsində istehlak qiymətləri illik müqayisədə 17,38%, iyun ayı ilə müqayisədə isə 1,52% artıb.
"APA-Economics" İstanbul Ticarət Palatasının məlumatlarına istinadən bildirir ki, iyulda ərzaq mallarının qiyməti 1,15%, nəqliyyat və rabitə qiymətləri 0,04%, təhsil və əyləncə sektorlarında qiymətlər isə 1,1% artıb.
Palatanın məlumatına görə, səhiyyə xidmətlərinin qiymətləri iyulda iyunla müqayisədə 0,37% artıb, geyim əşyaları isə 3,1% ucuzlaşıb. Bundan əlavə, İstanbulda topdansatış qiymətlərinin iyulda illik artımı 27,6%, aylıq artımı isə 3,12% təşkil edib.
Qeyd edək ki, Türkiyə Statistika İnstitutu bütöv ölkə üzrə iyuldakı inflyasiyaya dair məlumatı cari həftə ərzində dərc edəcək. İyunda Türkiyədə illik inflyasiya 17,53% olmuşdu.
Türkiyə Mərkəzi Bankının son proqnozuna görə, 2022-ci ildə ölkədə illik inflyasiya 7,8%, 2023-cü ildə isə 5% olacaq.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay