İqtisadiyyat
23.07.2021 / 11:38
Azərbaycan iqtisadiyyatı 2 faiz artıb - Nazir
15983
2021-ci ilin birinci yarısında Azərbaycanın iqtisadiyyatının artımı 2 faiz təşkil edib.
Valyuta.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən Azərbaycan-Rusiya birgə forumunda səsləndirib.
Nazir qeyd edib ki, ölkənin qeyri-neft sektoru da 5 faizlik artım nümayiş etdirib:
"Bütün bu göstəricilər Azərbaycan Prezidentinin təşəbbüsü ilə irəli sürülən iqtisadi şaxələnməni nümayiş etdirir".
Nazir əlavə edib ki, vergi və gömrük daxilolmaları üzrə də artım müşahidə olunur:
"Azərbaycan qızıl-valyuta ehtiyatları artmaqda davam edir və bu, iqtisadi artıma əlavə təkan verir".
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay