ABŞ Çinə qarşı iqtisadi müharibəyə hazırlaşır? – ANALİZ
Co Bayden Hökuməti Asiyada Çinə qarşı mübarizə üçün yeni sanskiya layihəsi hazırlayır.
Valyuta.Az “Blomberg”ə istinadən xəbər verir ki, Ağ Ev rəsmiləri Çinin Asiyadakı hegemonluğunu aradan qaldırmaq üçün Hind-Pasifik və Cənubi Asiya regionlarını da əhatə edəcək Rəqəmsal Ticarət Anlaşması adlı layihənin hazırlanmasını həyata keçirirlər.
Bəzi mütəxəssislərin mediaya sızdırdığı məlumata görə, sözügedən Anlaşma Kanada, Çili, Yaponiya, Malaziya Avstraliya, Yeni Zellandiya və Sinqapur kimi ölkələləri öz təsiri dairəsinə qatacaq.
Son illərdə Çin Hökuməti tərəfindən Asiyada istər Hindistan, istərsə də Pakistanda yeni dəniz limanlarını uzunmüddətli icarəyə götürməsi mühüm tiacrət yollarından istifadəyə imkan yaradacaq.
Qeyd edək ki, keçmiş Prezident Donald Trampın 2017-ci ildə Trans-Pasifik Ticarət müqaviləsindən çıxması Bayden hökumətinin yenidən regionda qlobal iqtisadiyyata nəzarət etmək cəhdlərini artırıb.
Tərcümə: Kamran Xəlilov
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay