Çinə rəqib sayılan ölkədə iqtisadi potensial nə üçün azalır? - ARAŞDIRMA
Pandemiyadan əvvəl Çinə rəqib sayılan Yaponiyanın iqtisadi potensialı bu ilin ilk rübündə gözləniləndən daha çox azalıb.
Valyuta.Az xəbər verir ki, 2021-ci ilin ilk rübündə Yaponiya iqtisadiyyatı 3,9 % azalıb ki, bu da son 10 ilin ən aşağı göstəricisidir.
Xarici mətbuatda yayılan fikirlərə görə, pandemiyanın əvvəllərində ölkə iqtisadiyyatında cuzi şəkildə azalmalar müşahidə olunsa da, bu cür azalma tendensiyasını mütəsəssislər belə gözləmirdi.
Belə ki, ekspertlər bu azalmanın Ümumi daxili məhsul (ÜDM) bölgüsündəki miqdarla əlaqədar olaraq 1,3 % səviyyəsində olacağını qeyd etmişdilər.
Norinçukin Araşdırma İnstitutunun iqtisadçı-eksperti Takeşi Minami açıqlamasında kapital qoyuluşları və istehlak potensialı aşağı həddə olduğundan daxili tələbin zəif olduğu” ifadələrinin işlədib. O pandemiyadan sonra vəziyyətin düzələcəyini qeyd edib.
Kamran Xəlilov
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay