ABŞ Belarus hökumətinə qarşı iqtisadi sanksiya xəbərdarlığı edib
ABŞ prezidenti Co Bayden və milli təhlükəsizlik üzrə məsləhətçisi Ceyk Sullivan Belarusda baş vermiş qanunsuz jurnalist həbsinə görə yeni sanksiyalar və embarqo tətbiq etməyi planlaşdırır.
Valyuta.az “New York times” qəzetinə istinadən xəbər verir ki, bu gün Co Bayden 23 mayda Afina-Vilnius reysi üzrə hərəkətdə olan sərnişin təyyarəsinin Belarus hökumətinin əmri ilə qanunsuz olaraq Misnkdə endirilməsi və içərisindəki belaruslu müxalifətçi jurnalistin saxlanılmasına görə ictimaiyyətə açıqlama verib.
Belarus xalqının aylardır demokratiya, insan hüquqlarına hörmət və təməl azadlıqların qorunması tələbləri uğrunda etdiyi mübarizəni diqqətə çatdıran Bayden bunları əlavə edib:
“Məlum məsələyə görə Avropa Birliyi tərəfindən dərhal və sərt reaksiyanın verilməsi, həmçinin Belarusa iqtisadi sanksiyaların tətbiq edilməsini alqışlayıram. Əgər Belarus hökuməti jurnalisti azadığa buraxmazsa, əminəm ki, ABŞ hökuməti tərəfindən də iqtisadi sanksiyalara məruz qalacağı qaçınılmazdır.
Raman Prataseviç kimi jurnalistlər, müxalifət lideri Svetlana Tixanovskaya və həyat yoldaşı Sergey Tixanovski kimi müxalifət liderləri də daxil olmaqla təməl hüquqları uğrunda mübarizə aparan Belarusların cəsarətini və qətiyyətini alqışlayıram. ABŞ Belarus xalqının mübarizəsində yanında olmağa davam edəcək”.
Qeyd edək ki, ABŞ hökumət rəsmiləri Co Baydenin açıqlmasından sonra Belarusa qarşı iqtisadi sanksiyalar və embarqolar hazırlamaq üçün fəaliyyətə keçdiklərini bildiriblər.
Tərcümə edən: Kamran Xəlilov
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay