İran ABŞ sanksiyalarını kriptovalyutadan istifadə etməklə dəf edəcək
Beynəlxalq dərəcəli araşdırmalar göstərib ki, İran öz iqtisadiyyatı üzərinə ABŞ-ın boğucu sabksiylaarını dəf etmək məqsədilə Bitkoin mədənçiliyindən istifadə edir.
Valyuta.az “ƏL-Cəzirə” xəbər agentliyinə istinadən bildirir ki, məşhur Elliptic firmasının blokçeyn analitiklərinin təxminlərinə görə qlobal Bitkoin mədənçiliyinin 4,5 % - i İranda həyata keçirilir. Bu, İrana kriptovlayutada 100 milyonlarla dollar qazanmağa və bu puldan “sanksiyalardan yan keçərək xarici alış veriş etmək” imkanı verir.
Mütəxəssislər təhqiqat nəticələrində: “İran bitkoin mədənçiliyinin sanksiyalar altında olan və xarici valyuta kotrluğu çəkən, amma nefti və qazı olan iqtisadiyyat üçün cəlbedici fürsət olduğunu dərk edib.
Qeyd edək ki, bitkoin və başqa kriptovalyutalar “mədənçilik” kimi tnına prosedə yaradılır. Bu zaman çox güclü kömpüterlər qəliz riyazi düsturları və tapmacları çözmək üçün yarışırlar. Proses həm də nəhəng elektrik enerjisi sərfini tələb edir.
ABŞ sanskiyaları indiyənədək İranın bank sistemini ciddi sarsıdıb və ölkəni neft ixracından məhrub edib. Halbuki İranın valyuta gəlirinin 70%-i neft sektorunun payına düşür.
Tərcümə edən: Kamran Xəlilov
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay