İnvestisiya
11.03.2021 / 13:12
Azərbaycan Gürcüstandan 31 milyon dollarlıq sərmayə geri çəkib
8894
2020-ci ildə Azərbaycan Gürcüstandan 30,8 milyon ABŞ dollarlıq sərmayəni geri çəkib.
“Report” xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilir.
Sənədə əsasən, ötən il geri götürülən investisiyaların böyük hissəsi - 13,9 milyon dolları I rübün payına düşüb.
Xatırladaq ki, 2018-ci ildə Azərbaycan qonşu ölkənin iqtisadiyyatına 246,4 milyon dollar, 2019-cu ildə isə 35,8 milyon dollar sərmayə yatırıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay