Ölkə iqtisadiyyatına son 2 ayda 1,3 mlrd. manatdan çox investisiya qoyulub
2021-ci ilin yanvar-fevral aylarında əsas kapitala 1 338,4 mln. manat məbləğində, yaxud 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 32% az vəsait yönəldilib.
Dövlət Statistika Komitəsinin verdiyi xəbərə görə, neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 13,5%, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi 49% azalıb. İstifadə olunmuş vəsaitin 1 071,2 mln. manatı və ya 80%-i məhsul istehsalı sahələrinə, 146,8 mln. manatı (11%-i) xidmət sahələrinə, 120,4 mln. manatı (9%-i) isə yaşayış evlərinin tikintisinə sərf olunub.
Qeyd edək ki, əsas kapitala yönəldilmiş vəsaitlərin 678,4 mln. manatını və ya 50,7%-ini daxili vəsaitlər təşkil edib. Əsas kapitala yönəldilmiş vəsaitlərin 1 143,1 mln. manatı və ya 85,4%-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub. Əsas kapitala yönəldilmiş vəsaitin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 74%, bank kreditləri 9,7%, əhalinin şəxsi vəsaitləri 9,1%, sair vəsaitlər 3,8%, büdcə vəsaitləri isə 3,4% təşkil edib. //APA
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay