BAKU Azərbaycan
6.03°C
  • USD
    1.7
  • EUR
    1.736
  • RUB
    1.668
  • TRY
    0.048
  • GBP
    2.0636
63062

"Deutsche Bank"ın araşdırma bölməsi valyuta məzənnələrinə dair hesabatında bir sıra tövsiyələr təqdim edib. Bankın analitikləri ABŞ dollarının güclənməsinə diqqət çəkərək, İsveçrə frankı və gümüşdə alış təklif ediblər. 

Valyuta.Az "Bloomberg"ə istinadla "Deutsche Bank"ın investisiya tövsiyələrini təqdim edir:

1. "Polşa zlotisi"

Analitiklərin fikrincə, Polşa zlotisi inkişaf edən bazar valyutaları arasında önümüzdəki il diqqət çəkənlərdən biri olacaq. Onlar Çexiya kronu və Macarıstan forinti qarşısında Polşa zlotisində uzun mövqe* tövsiyə ediblər.  

2. "Meksika pesosu"

Meksikada daxili və xarici faktorların risk yaratdığını vurğulayan analitiklər, xüsusilə ABŞ-dakı gözlənilməz hadisələr səbəbilə dollar qarşısında Meksika pesosunda satış məsləhət görüblər.  

3. "Dollar/Kanada dolları"

ABŞ-nin Tramp administrasiyasının siyasətlərindən təsirlənəcək Kanada ilə bağlı dollar/Kanada dolları məzənnəsində uzun mövqe təklif edilib.  

4. "Yenə qarşı dollar"
  
ABŞ seçkilərindən əvvəl dollar/yen məzənnəsinin 157-yə çatacağını proqnozlaşdıran analitiklər, hazırda bu səviyyənin 160-a qədər yüksələ biləcəyini düşünürlər.  

5. "Sterlinqdə satış"

İngiltərə valyutasının dəyər itirməsinə diqqət çəkən "Deutsche Bank", digər valyuta səbətlərinə qarşı sterlinqdə satış təklif edib.  

6. "İsveçrə frankına investisiya" 

Avropanın digər valyutalarına dair mənfi mövqedə olan bank analitikləri İsveçrə frankını daha cəlbedici hesab edərək İsveç kronu əvəzinə İsveçrə frankına investisiya etməyi tövsiyə ediblər.  

7. "Misir funtu ilə alış"

Misir funtunun real faizlər baxımından xüsusilə cəlbedici ola biləcəyini bildirən bank mütəxəssisləri, bu valyutaya qarşı müsbət mövqedə olduqlarını ifadə ediblər.  

8. "Dollar/yuanda uzun mövqe" 

ABŞ-nin ticarət siyasəti ilə əlaqədar risklərə diqqət çəkən bank, üç aylıq uzun dollar/yuanda mövqe tövsiyəsi təqdim edib.  

9. "Gümüş alın"

Əmtəə bazarında yalnız gümüş barədə tövsiyə verilib. Analitiklər gümüşə investisiya etməyin əlverişli olduğunu bildiriblər.  

10. "Dollar dövrü"

Bank yaxın dövrü dollar üçün əlverişli hesab edərək avro qarşısında dollar alışını məsləhət görüb. Avro/dollar məzənnəsinin 0,95-1,05 aralığında olacağı proqnozlaşdırılıb.  

11. "Volatillik alətləri üzrə tövsiyələr"

Volatillik bazlı alətlərə də diqqət çəkən analitiklər, dollar/Kanada dolları üzrə alətdə satış, dollar/İsveçrə frankı üzrə alətdə isə alış tövsiyəsi veriblər.  

12. "Yeni Zelandiya dollarına qarşı Avstraliya dolları"

Bank analitikləri Yeni Zelandiya dolları qarşısında Avstraliya dollarına üstünlük verilməsini məsləhət görüb.  

İZAHAT: 

* Uzun mövqe (long position): Bu, bir aktivin qiymətinin artacağını gözləyərək alış etmək və qiymət yüksəldikdə gəlir əldə etmək strategiyasıdır. 

Rəhim

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Zen Construction Group" barəsində inzibati xəta protokolu

"Qızıl bu il yeni bir rekord səviyyəyə çatacaq" - "UBS"

Daha bir ölkə məktəblərdə telefon istifadəsini qadağan etdi

"TikTok" texnologiya milyarderinə "yox" deyir

"TikTok" texnologiya milyarderinə "yox" deyir

ABŞ və Ermənistan strateji tərəfdaşlıq sazişi imzalayıb

"Goldman Sachs" Alman nəhənglərinin reytinqini aşağı saldı - "Euronews"

"BP" IV rüb üzrə mənfəətinin azalacağını proqnozlaşdırdı - Reuters

"Amazon"dan Meksikaya 5 milyard dollarlıq investisiya qərarı

"Azərenerji" 593 min manatlıq boya alır

"Agro store" MMC inzibati xəta törədib

Plastik cərrahlar efirlərə buraxılmayacaq

Qlobal inflyasiya 2028-ci ilə qədər yüksək səviyyədə davam edəcək - Hesabat

İdarəçilik qaydalarını pozan şirkət cərimələnir

"Ölkənin heç vaxt bu qədər dövlət borcu olmayıb" - Fransız nazir

Ötən il 9.8, bu il 6.1 milyon... - Gəncənin yolları yenə təmir edilir

Utilizasiyaya verilmiş nəqliyyat vasitələrinin sayı və ödənişlərin həcmi AÇIQLANIB (FOTO)

Nəhmət Rəhmanova yüksək vəzifə verildi

Sabah bu ərazidə qaz olmayacaq

Penitensiar Xidmətin 6 milyonluq tenderi ləğv edildi

Penitensiar Xidmətin 6 milyonluq tenderi ləğv edildi

“Xalq Sığorta”nın rəhbərliyində təyinatlar olub

Saray körpüsünün tikintisi bu tarixdə başa çatacaq – RƏSMİ

Agentliklə şirkət arasında lizinq mübahisəsi

Bələdiyyə seçkilərində seçicilərin və müşahidəçilərin sayı açıqlanıb

Ötən il Vladimir Zelenskinin aylıq maaşı 1 128 manat olub

2 nəfərdən başqa bütün deputatlar əlaqə nömrələrini açıqladılar –Tam siyahı

1,5 milyonluq müəssisə təşkilati-hüquqi formasını dəyişir

Maykl Saylor “Bitcoin”dən danışdı - "Microsoft" və "Nvidia"nı tənqid etdi

“Landmark” niyə 120 milyona satılır? - Rəsmi açıqlama

“Landmark” niyə 120 milyona satılır? - Rəsmi açıqlama

23 satınalma müqaviləsi bağlayan şirkət etibarsız təchizatçı çıxdı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin