"Nokia" smartfon bazarından tamamilə çəkildi
"HMD Global", bütün "Nokia" markalı smartfonlarının satışını rəsmi olaraq dayandırıb.
Valyuta.Az xəbər verir ki, "Nokia" smartfonları artıq "HMD"nin aktiv məhsul portfelindən çıxarılıb və bu məhsullar şirkətin rəsmi veb-saytında ayrıca bir kateqoriyaya yerləşdirilib.
Bir zamanlar telefon sənayesində böyük iz buraxan "Nokia", smartfonların inkişafına uyğunlaşa bilməmiş və sonradan "Microsoft" tərəfindən satın alınmışdı. Uğursuz "Microsoft" dövründən sonra "Nokia" markalı telefonların istehsal hüququ 2017-ci ildə Finlandiyanın "HMD Global" şirkəti tərəfindən əldə edilmişdi. Şirkət o vaxtdan bəri əsasən giriş səviyyəsinə uyğun "Nokia" markalı Android telefonları istehsal edirdi.
Öz markası ilə yola davam edəcək
Lakin "HMD" bir neçə ay öncə "Nokia" markalı telefonların istehsalını dayandıracağını və smartfonlarında öz markasına üstünlük verəcəyini açıqlamışdı. "Nokia" markalı telefonların bir çox ölkədə satışı dayandırılsa da, bəzi ölkələrdə bu məhsulların satışına davam edilirdi.
Buna baxmayaraq, şirkət hələ də bir çox bazarda populyar olan "Nokia" markalı düyməli telefonların satışını davam etdirir. Bir zamanlar telefon dünyasının nəhəngi olan "Nokia"nın adı hazırda smartfon bazarından silinmiş kimi görünür.
Rəhim
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay