İnvestisiya
31.12.2024 / 14:03
Azərbaycan Fransaya investisiya qoyuluşunu 10 %-dən çox azaldıb
62469
Bu ilin yanvar-sentyabr aylarında Fransa Azərbaycan iqtisadiyyatına 91,6 milyon ABŞ dolları birbaşa investisiya yatırıb.
“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 76,8 dəfə çoxdur.
Hesabat dövründə Fransanın Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşunun ümumi investisiyalarda payı 2 % olub.
9 ay ərzində Azərbaycan isə Fransa iqtisadiyyatına 16,1 milyon ABŞ dolları birbaşa investisiya yatırıb. Bu isə 1 il əvvələ nisbətən 10,8 % azdır.
Hesabat dövründə Azərbaycanın Fransa iqtisadiyyatına investisiya qoyuluşunun ümumi investisiyalarda payı 1,2 % təşkil edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay