C.Koreya nəhənglərinin IV rüblə bağlı mənfəət proqnozları azaldılıb - Rəqəmlər
"Samsung Electronics" və "SK hynix" şirkətlərinin dördüncü rüblə bağlı mənfəət gözləntiləri, informasiya texnologiyaları ("IT") cihazlarına olan tələbatın azalması və köhnə "DRAM" çiplərinin qiymətlərinin enməsi ilə əlaqədar mənfi bazar mühiti səbəbilə azaldılıb.
Valyuta.Az "The Korea Times"a istinadla xəbər verir ki, "FnGuide" təşkilatının məlumatına əsasən, brokerlər "Samsung Electronics"in dördüncü IV üzrə əməliyyat mənfəətini çərşənbə günü 9.22 trilyon von (6.3 milyard dollar) həcmində qiymətləndiriblər. Bu göstərici ötən ay təxmin edilən 9.7 trilyon vonla müqayisədə təxminən 5 % azalıb.
Yerli brokerlər bu ay ərzində "IT" cihazlarına olan tələbin azalması və Çin şirkətləri tərəfindən qiymətlərin aşağı salınması səbəbindən köhnə yaddaş çiplərinin artıq tədarükü ilə əlaqədar "Samsung"un əməliyyat mənfəəti proqnozlarını təkrar nəzərdən keçiriblər.
"IV rübdə yaddaş bazarı "PC" və mobil cihaz çiplərində artıq ehtiyatların mövcudluğu ilə bağlı çətinliklərlə üzləşir və bu, göndərmə həcmini artırmaq üçün əlavə qiymət endirimlərini zəruri edir,” - deyə "iM Securities" analitiki Son Myonq-sup (Son Myeong-sup) bildirib. O, "Samsung"un IV rüb üzrə əməliyyat mənfəəti proqnozunu 9.9 trilyon vondan 8.3 trilyon vona endirib.
“Nəticədə, "Samsung"un yaddaş çipinin göndərmə həcmi və ya orta satış qiymətləri mövcud bazar gözləntilərindən aşağı ola bilər,” - deyə o əlavə edib.
"DRAMeXchange" platformasına əsasən, əsasən "PC"lərdə istifadə edilən "DDR4" 8GB 1Gx8 yaddaş modulunun orta qiyməti iyul ayında 2.10 dollar idisə, noyabr ayında 1.35 dollara qədər, yəni 35.7 % azalıb.
Bazar müşahidəçiləri qiymətlərin düşməsini Çin yaddaş istehsalçılarının, o cümlədən "CXMT" və "JHICC" şirkətlərinin "DDR4" 8GB çiplərini 0.75-1 dollar arasında qiymətlərlə təklif etməsinə bağlayırlar.
Köhnə "DRAM" biznesindəki yavaşlama "Samsung"u daha ciddi təsir edir, çünki süni intellekt ("AI") prosessorları üçün artan tələbatla əlaqəli yüksək zolaqlı yaddaş ("HBM") çipləri hələlik şirkətin gəlirlərində kiçik bir paya malikdir.
“"Samsung"un "DRAM" biznesi "HBM3e" çiplərinin "Nvidia"ya tədarükündəki gecikmələr, "CXMT" şirkətinin qiymət endirimləri və köhnə "DRAM" çiplərinin təklif-tələb şəraitindəki pisləşmə səbəbindən bazar gözləntilərindən zəif performans göstərəcək,” - deyə "Kiwoom Securities" analitiki Pak Yu-ak (Park Yoo-ak) bildirib.
"SK hynix" üçün vəziyyət nisbətən yaxşı olsa da, onun da IV rüb üzrə mənfəət proqnozları azaldılıb
"SK hynix", yüksək zolaqlı yaddaş ("HBM") üzrə dünyanın ən iri tədarükçüsü kimi mövqeyini qorusa da, köhnə çip bazarındakı durğunluq səbəbindən şirkətin dördüncü rüb üzrə mənfəət proqnozları aşağı salınıb.
Çərşənbə günü "SK hynix"in dördüncü rüb üzrə mənfəətinə dair bazar konsensusu 8.05 trilyon von olaraq qiymətləndirilib. Bu rəqəm ötən ay təxmin edilən 8.15 trilyon vonla müqayisədə 1.2 % azdır.
“"Samsung Electronics" və "SK hynix" bu ilin dördüncü rübündə zəif performans göstərsələr də, bundan sonra bərpa ola biləcəklər,” - deyə "DAOL Investment & Securities" analitiki Ko Yonq-min (Ko Young-min) bildirib.
Bazar gözləntilərinə əsasən, hər iki çip istehsalçısı süni intellekt (AI) prosessorları üçün artan tələbatı qarşılamaq məqsədilə HBM texnologiyasına keçid səylərini sürətləndirəcək.
Həmçinin, ABŞ-ın "Broadcom" şirkətinin süni intellektə xüsusi tətbiqlər üçün inteqrasiya olunmuş sxemlərdə (ASIC) istifadə üçün gələn ildən istehsal olunacaq HBM4 tədarükü ilə bağlı Koreyanın iki şirkətinə müraciət etdiyi ehtimal edilir.
Bu həftə "Korea Economic Daily" xəbər yayıb ki, "Broadcom", "SK hynix"dən HBM4 çiplərinin hazırlanmasını istəyib və şirkət artıq prototipin inkişafına başlayıb. "Samsung Electronics" isə "Broadcom" ilə HBM4 tədarükü barədə danışıqlara start verib.
"Nvidia"nın "SK hynix"in gələn il istehsal edəcəyi "HBM" çiplərinin əksəriyyətini artıq təmin etməsi səbəbindən sənaye rəsmiləri hesab edir ki, "Broadcom"un sifarişlərini "Samsung" təmin edə bilər.
"Nvidia"nın "AI" prosessorlarında istifadə olunan qrafik emal qurğuları ("GPU") ümumi hesablama üçün daha çox çoxistiqamətli olsa da, "ASIC"lər xüsusi tapşırıqlar üçün daha səmərəlidir və adətən "GPU"lardan daha aşağı qiymətə malikdir.
Rəhim
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay