BAKU Azərbaycan
8.03°C
  • USD
    1.7
  • EUR
    1.7752
  • RUB
    1.6516
  • TRY
    0.0483
  • GBP
    2.1387
61968

Məşhur investor və "Berkshire Hathaway" şirkətinin sədri Warren Baffet sərvət yaratmaqla bağlı zamansız məsləhətləri ilə tanınır.

Təxminən 142 milyard dollar sərvətə malik olan Baffetin strategiyaları maliyyə uğuru əldə etmək istəyənlər üçün ilham mənbəyidir. Onun əsas tövsiyələrindən biri erkən investisiyaya başlamaq, kiçik şirkətlərə diqqət yetirmək və səhmlər dalğalananda panikaya qapılmamaqdır.

1999-cu ildə keçirilən illik səhmdar iclasında Baffett, 10.000 dollarla yeni məzun kimi investisiyaya başlayacağı təqdirdə hansı yanaşmanı seçəcəyini izah edib.

Baffett, mürəkkəb faiz gücünün vacibliyini vurğulayaraq bunu kiçik bir qartopu ilə uzun bir təpədən yuvarlanmağa bənzədib:

"Təpənin uzun olması vacibdir, bu da ya çox gənc yaşda başlamaq, ya da çox yaşamaq deməkdir," o, səhmdar iclasında bildirib. Onun fikrincə, erkən investisiya pulun zamanla eksponensial şəkildə artmasına imkan yaradır.

Məhdud maliyyə imkanlarına sahib olanlara Baffet kiçik şirkətlərə diqqət yetirməyi tövsiyə edir. Bu sahələrdə institusional investorların rəqabəti daha az olur.

O, yaxşı bizneslərə, yəni "onların bir hissəsini" səhmlər vasitəsilə cəlbedici qiymətlərlə almağın sərvəti artırmağın açarı olduğunu qeyd edib.

Əgər bu gün 10.000 dollarla başlasaydı, Baffet araşdırmaya "A" hərfi ilə başlayan şirkətlərdən başlayacağını deyib.

Baffet uzunmüddətli düşüncənin əhəmiyyətini də vurğulayır:

"Bəzi insanlar ümumiyyətlə səhmlərə sahib olmamalıdır, çünki qiymət dalğalanmaları onları çox narahat edir. Əgər səhminiz ucuzlaşdığı üçün axmaq qərarlar verəcəksinizsə, ümumiyyətlə səhmə sahib olmamalısınız," o, 2018-ci ildə "CNBC"yə bildirib.

Səhmlərin qiyməti zaman-zaman enəcək, lakin Baffet investorları səbirli olmağa və sahib olduqları səhmlərin uzunmüddətli dəyərinə diqqət yetirməyə çağırır:

"Bəyəndiyiniz bir şeyi, uyğun bir qiymətə alın və sonra onu 20 il saxlayın," o, məsləhət görüb.

Həmçinin, gündəlik qiymət dəyişikliklərinə həddən artıq diqqət yetirməməyə çağırır. O, səhmlərin mülkiyyətini daşınmaz əmlaka bənzədərək deyib:

"Əgər bir ferma və ya mənzil binası alsaydınız, onun hər gün və ya hər həftə qiymət təklifini əldə etməzdiniz." Bunun əvəzinə, səhmlərə uzunmüddətli sərmayə kimi yanaşmağı və qısamüddətli bazar səs-küyünü görməməzlikdən gəlməyi tövsiyə edir.

Baffettin prinsipləri - erkən başlamaq, uzunmüddətli düşünmək və etibarlı bizneslərə investisiya etmək - davamlı sərvət yaratmaq istəyənlər üçün yol göstərici olaraq qalır.

Rəhim

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Qlobal brendlər bugünkü vəziyyətə necə gəliblər? - 10 böyük şirkətin qurulma hekayəsi - SƏHƏR OXUSU

Qlobal brendlər bugünkü vəziyyətə necə gəliblər? - 10 böyük şirkətin qurulma hekayəsi - SƏHƏR OXUSU

Məşğulluq Agentliyi bu şəxlərə təlim keçəcək - Yarım milyon manat ayrılıb

Mərkəzi Bank "Magic Povvder"i nədə ittiham edir?

Çinlə ABŞ arasında "çip müharibəsi" davam edir

Sosial Xidmətlər Agentliyinin 2, 3 milyonluq tenderi ləğv edildi

Trampın yaratdığı yeni böhran: "Panama kanalı" və tarixi - "Bloomberg"

"Belarus Ticarət Evi" QSC inzibati məsuliyyətə cəlb edilib

"ABC-Telecom" məhkəmə qarşısında

Hindistan neft emalı zavodları Rusiya neftini əvəz edəcək variantlar axtarır

"xAI", investorlarından 6 milyard dollar topladı

Səhiyyənin Təminatı Mərkəzi 1,8 milyonluq mebel alacaq

BOKT məhkəməyə verilib

"Səhmləriniz ucuzlaşanda axmaq qərarlar verəcəksinizsə, ümumiyyətlə almayın" - Baffetin zamansız məsləhəti

Yanvarın 1-dən "WhatsApp" 19 smartfon modelində işini dayandıracaq

"Star Park" cərimələnə bilər

94 yaşlı Baffet 2025-ci ilə rekord məbləğdə nağd pulla girir

10 illik "Lilium" startapının sonu: 1.000 işçi işdən çıxarıldı

10 illik "Lilium" startapının sonu: 1.000 işçi işdən çıxarıldı

"Azərbaycan Dəmir Yolları" "ATEF"i niyə məhkəməyə verib?

Dünyanın ən böyük çip istehsalçısı TSMC rekord qırdı

Süni intellektdə inqilab - Bir milyard dəfə daha sürətli texnologiya gəlir

Agentlik 10 ədəd evakuator alır - Biri 218 min manata

Dövlət və özəl uşaq müəssisələri ilə bağlı - Fərman

Sığorta şirkətlərinin ödənişlərinin həcminə görə RENKİNQİ

Sabah bu ərazidə qaz olmayacaq

Bu QSC-yə 20 milyon ayrıldı - Sərəncam

Prezidentdən məhkəmələrlə bağlı Fərman

Sığorta şirkətlərinin yığımlarının SİYAHISI

Azərbaycanda macəra turizmi: Adrenalin sevənlər üçün bu imkanlar var

Qış təkəri seçərkən nəyə diqqət etmək lazımdır?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin