Ağıllı üzüklər hazırlayan “Oura” 125 milyon dollar investisiya alıb
Ağıllı üzüklər hazırlayan “Oura” D seriyası investisiya turunda 125 milyon dollar investisiya alıb.
Valyuta.az xəbər verir ki, noyabr ayında şirkət 75 milyon dollar investisiya almışdı. “Oura, 75 milyon dollar sərmayə ilə başlayan D seriyası investisiya turu çərçivəsində 125 milyon dollar investisiya alaraq D seriyasını tamamlayıb.
125 milyon dollarlıq yeni investisiya ilə “Oura”nın bu günə qədər aldığı cəmi investisiya 348 milyon dollara çatıb.
“Oura” tərəfindən verilən məlumata görə, yeni investisiya şirkətin məhsul çeşidini genişləndirmək, məhsul, elm və sağlamlıq innovasiyalarına, o cümlədən süni intellektə daha çox sərmayə qoymaq, yeni bazarlara çıxmaq və böyüməni sürətləndirmək üçün istifadə olunacaq.
Qeyd edək ki, 2013-cü ildə Finlandiyada Markku Koskela və Petteri Lahtela tərəfindən qurulan “Oura” sağlamlıq yönümlü ağıllı üzüklər hazırlayır.
“Oura” tərəfindən hazırlanmış ağıllı üzüklər idman fəaliyyətlərini izləyə, stress səviyyələrini ölçə və yuxu rejimini izləyə bilər. “Oura” bu günə qədər 2,5 milyon ağıllı üzük satıb.
Xatırladaq ki, ötən ilin noyabrında qoyulan investisiya ilə “Oura”nın dəyəri 5 milyard dollar idi. Əlavə investisiya ilə şirkətin dəyəri 5,2 milyard dollara yüksəlib.
Əvəz Həsənov
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay