"Warner Bros. Discovery"nin struktur dəyişikliyi: Səhmlərdə yüksək artım - "CNN"
"Warner Bros. Discovery" cümə axşamı biznes strukturunda dəyişiklik etdiyini və kabel şəbəkələrini sürətlə inkişaf edən yayım biznesindən ayıraraq yeni bir korporativ struktur qurduğunu elan edib.
Valyuta.Az xəbər verir ki, bu yenidənqurma, "Comcast"ın son zamanlar elan etdiyi kabel aktivlərinin ayrılması ilə tamamilə eyni olmasa da, oxşar təsirlər yarada bilər.
"Warner Bros. Discovery" iki ayrı əməliyyat bölməsinə sahib olacaq: "CNN", "TBS", "TNT" və digər kabel şəbəkələri üçün "Qlobal Ənənəvi Şəbəkələr" və "Max" yayım platforması ilə şirkətin film və əyləncə studiyaları üçün "Yayım və Studiyalar".
Şirkət bu dəyişikliklərin 2025-ci ilin ortalarına qədər qüvvəyə minəcəyini bildirib. "Warner Bros. Discovery" ("WBD") səhmləri həmin gün 15%-dən çox artımla bağlanıb.
Şirkətin baş icraçı direktoru David Zaslav (Devid Zaslav) mətbuata açıqlamasında yeni strukturun "dəyişən media mühitində gələcək strateji imkanlar baxımından şirkətə daha çox çeviklik" təmin edəcəyini bildirib.
"Wall Street" analitikləri kabel televiziyası sənayesində yayım dövründə müqavilələr və birləşmələrin artacağını proqnozlaşdırır.
"MoffettNathanson" şirkətinin baş tədqiqat analitiki Robert Fishman (Robert Fişman) isə bunları deyib: “Qələbə uğrunda mübarizə, adətən, lövhənin mərkəzinə nəzarət uğrunda müvəqqəti mübarizədən keçir.”
Fishman əlavə edib: “Sual, daha çox hissələrin yerinin dəyişdirilib dəyişdirilməyəcəyi və ya lövhədən çıxarılacağı deyil. Həmçinin, daha çox birləşmənin olub-olmayacağı da deyil - əsas məsələ, kimin alıcı və kimin satıcı olacağıdır. Lövhənin mərkəzi hələ də tamamilə açıqdır.”
Həmin gün, investorlar Zaslavın “strateji imkanlar” adlandırdığı yeni sövdələşmələr bağlamağa hazırlığını müsbət qarşılayıblar.
Elə həmin gün bir aktiv satışının baş tutduğu da elan edilib: "Hearst Magazines", "Warner Bros. Discovery" şirkətindən "MotorTrend Group"u satın aldığını açıqlayıb. Satışın şərtləri isə açıqlanmayıb.
Rəhim
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay