İnvestisiya dələduzluğunun ən geniş yayılmış növləri
Son dövrlərdə insanların yatırımlarıdan daha çox gəlir əldə etməsi dələduzların diqqətini çəkib və onlar insanların investisiya alətlərinə olan inamından aktiv şəkildə istifadə edirlər.
Valyuta.Az "NTV"ə istinadən xəbər verir ki, "VTB" bank müştərilərin aldanmaması üçün investisiya dələduzlarının ən çox istifadə etdiyi metodları paylaşıb.
İnvestisiya dələduzluğunun əsas sxemi saxta investisiya platformalarının yaradılmasıdır. Belə saytlar və tətbiqlər real maliyyə qurumlarını təqlid edir və çox yüksək gəlirlilik vəd edirlər. Cinayətkarlar özlərini şəxsi məsləhətçilər kimi təqdim edirlər. Onlar potensial müştərilərlə əlaqə saxlayaraq "investisiya hesabı" açmağı tələb edirlər. Tez-tez gəlirliliyi və çıxarılması mümkün olan vəsaitləri göstərən saxta şəkillər göndərirlər.
İkinci sxem isə "itirilmiş aktivlərin bərpası" adlanır. Bu, əvvəllər dələduzların əməlləri nəticəsində pul itirənləri hədəf alır. Cinayətkarlar özlərini dövlət qurumlarının və ya hüquq şirkətlərinin əməkdaşları kimi təqdim edərək pulların geri qaytarılmasında kömək təklif edirlər. Lakin nəticə tam əksinə olur.
Üçüncü sxem isə qurbanları cihazlarına "analitik proqram" yükləməyə inandırmaqdır. Əslində, bu proqramlar uzaqdan giriş təmin edən vasitələrdir və bu yolla hesablar boşaldılır.
"VTB" bankdan verilən açıqlamada bildirilib ki, yüksək gəlirə zəmanət verilməsi halları əksər hallarda dələduzluq əlaməti ola bilər. Bank həmçinin əlavə edib ki, hər hansı investisiya etməzdən əvvəl, mütləq həmin şirkətin lisenziyalarının mövcudluğunu və qanuniliyini yoxlamaq lazımdır.
Rəhim
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay