Məşhur elektron ticarət platforması “Hepsiburada” Qazaxıstana satıldı
Türkiyənin aparıcı e-ticarət platformalarından biri olan “Hepsiburada”nın 65,4 faizi Qazaxıstanda yerləşən maliyyə texnologiya şirkəti “Kaspi.kz” tərəfindən alınır. 18 oktyabr 2024-cü ildə elan edilən bu razılaşmaya əsasən, təxminən 1 milyard 127 milyon dollar dəyərində alışın 2025-ci ilin birinci rübündə başa çatdırılması gözlənilir.
“Hepsiburada”nın qurucusu Hanzade Doğan ilə digər ailə üzvləri Vuslat Doğan Sabancı, Begüm Doğan Faralyalı, Arzuhan Doğan Yalçındağ və Işıl Doğan və “Kaspi.kz” arasında imzalanan müqavilə çərçivəsində ödəniş iki hissədə həyata keçiriləcək. İlk taksit olan 600 milyon dollar bağlanarkən, qalan 526,9 milyon dollar isə bağlandıqdan sonra 6 ay ərzində ödəniləcək.
2000-ci ildə qurulan və 2021-ci ildə “NASDAQ”da birjaya çıxan “Hepsiburada”, 2023-cü maliyyə ilində ümumi satış həcmi təxminən 4 milyard dollara çatdı. Platforma 101 min iş ortağı və 12 milyon aktiv müştərisi ilə Türkiyənin ən böyük e-ticarət şirkətlərindən biridir.
“Kaspi.kz” CEO-su və həmtəsisçisi Mixeil Lomtadze hər iki şirkətin alışdan sonra öz brendlərini və təşkilati strukturlarını qoruyacaqlarını açıqlayıb. “Təxminən 100 milyon əhaliyə çatmaq üçün ümumi bazarımızı genişləndirmək vacib prioritet idi” deyib Lomtadze.
Maya Hüseynova
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay