“AzFinance İnvestisiya Şirkəti” 350 min manatdan çox zərər edib
“AzFinance İnvestisiya Şirkəti” QSC növbəti dəfə zərər açıqlayıb.
Valyuta.az xəbər verir ki, investisiya şirkəti 2024-cü ilin ilk yarısında 353,6 min manat zərər edib. Bu isə ötən ilin eyni dövrünə nisbətən 2,7 dəfə azdır. Keçən ilin eyni dövründə şirkətin xalis zərəri 953 min manat, 2023-cü il üzrə isə 464 min manat təşkil edib.
Bu ilin ilk yarısında şirkətin investisiya xidmətindən gəliri ötən ilin eyni dövründəki 343 min manatdan 478 min manata yüksəlib. Bununla belə, “AzFinance”ın xərclərinin gəlirlərindən yenə yüksək olması fəaliyyətini zərərlə davam etdirməsinə səbəb olub. Şirkətin ilk yarım ildə əməliyyat zərəri isə 269,7 min manat təşkil edib.
Qeyd edək ki, “AzFinance” 2014-cü ildə yaradılıb. Hazırda onun səhmlərinin 85%-i Abid Məmməd oğlu Məmmədova, 15%-i isə İntiqam Bəhman oğlu Səfərova aiddir.
Pünhan
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay