BAKU Azərbaycan
14.03°C
  • USD
    1.7
  • EUR
    1.7711
  • RUB
    1.629
  • TRY
    0.0492
  • GBP
    2.1302
53583

Əmtəə bazarlarında qızılın qiyməti yüksəlməyə davam edir. Hazırda ilin əvvəlindən bəri, qızıl və digər bir sıra qiymətli metalların dəyəri artmaqdadır. Bu isə qızılı bir çox insan üçün sərfəli investisiya vasitəsinə çevirir. Son vaxtlar ölkəmizdə də qızıl alışına olan tələbat xeyli yüksəlib. 

Bəs görəsən, yatırım üçün qızıl nə dərəcədə effektiv və zəmanətlidir? 

Mövzu ilə bağlı Yenisabah.az-a danışan iqtisadçı-ekspert Əkrəm Həsənov bildirib ki, qızıla olduqca gəlirli investisiya vasitəsidir: 

“Ümumən qızıl həmişə uzunmüddətli perspektivdə ən etibarlı və gəlirli investisiya vasitəsidir. Sadəcə, onu harada saxlamaq məsələsi var. Qızılı bankda saxlamaq təhlükəlidir, çünki bank sistemində problem olarsa, qoyulan qızıl bata bilər. Ona görə də, ən yaxşısı evdə saxlamaqdır. Qızıla daha çox maddi valyutası yüksək olan şəxslər yatırım edir. Daha az pul ehtiyatı olanlar üçün daşınmaz əmlak daha etibarlı yatırım vasitəsidir. Ən sadə dillə desək, onu gəlib oğurlamaq mümkün deyil”. 

Ekspert həmçinin insanların ən çox yatırım etdiyi daşınmaz əmlak sahəsi ilə bağlı bir sıra nüanslara toxunub: 

“Lakin daşınmaz əmlak alarkən diqqət edilməli bir sıra məqamlar da var. Sənədsiz ev almaq və ya çıxarışı olmayan torpağa pul qoymaq bizim ölkədə olduqca təhlükəlidir. Son günlər də görürük ki, intensiv formada sənədsiz evlər və ərazilər sökülür. Yəni daşınmaz əmlak sahəsində də başqa risklər var. Artıq daşınmaz əmlaka investisiya qoymaq istəyən şəxslər ölkədə deyil, xaricdə mülk almağa üstünlük verir. Bu çox vacib nüansdır. Prinsipcə ən təhlükəsiz yatırım növü bir neçə sahəyə investisiya qoymaqdır. Yəni həm qızıla, həm torpağa, həm də daşınmaz əmlaka. Maddi imkanı yüksək olan insanlar da məhz belə edir”. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Bukingem sarayı 3 il müddətinə bağlanacaq

Bakının bu ərazisində işıq kəsiləcək

Bankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı?

Elon Mask üçüncü dünya müharibəsi barədə fikirlərini bölüşüb

Bakıdan dəmiryolu nəqliyyatı ilə ilk ixrac qatarı Çinə yola salınıb

Bakıdan dəmiryolu nəqliyyatı ilə ilk ixrac qatarı Çinə yola salınıb

"The Sunday Times": Ukrayna "ölümcül soyuqlar"la üzləşəcək

Gündə 279 nəfər doğulub, 162 nəfər ölüb

İlham Əliyev: Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək

154 illik "qızıl sikkə" dəyərinin 550 qatına satıldı

ABŞ-ın dövlət borcu tarixində rekord həddə çatıb

Kimlərə sosial yardım veriləcək? - İqtisadçı açıqladı

ÜST müşaviri xəbərdarlıq etdi: Yeni pandemiya riski artır

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

COP29: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib

Çexiya Rusiya neftindən imtina üçün son tarixi açıqladı

Həyəcan təbili: Şirin su ehtiyatı təhlükəli səviyyəyə düşüb

"Qazprombank"a növbəti qadağalar Cənubi Koreya və Argentinadan gəldi

Bəzi küçələrdə COP29 zolaqları qüvvədən düşüb (Video)

"Rolls-Royce" və "Maybach" üçün yeni rəqib - FOTO

Şuşa xəstəxanası üçün 2,3 milyonluq mebel və invertar alınacaq

"Bloomberg": Avropa yeni qaz böhranı ilə üzləşib, qiymətlər 45% artıb

Rusiyadan Ermənistana milyardlarla dollarlıq qızıl axır - Şəbəkənin arxasında kimlər dayanır?

DGK bu şirkətdən 1,1 milyonluq geyim alacaq

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

Maşını olanlar vergi versin - Deputatdan TƏKLİF

Neftin qiyməti 70 dollardan aşağı düşəcək - Ekspert

Alqı-satqı müqaviləsi iki şirkəti üz-üzə qoydu

“Shakh Telecom” 8000 manat cərimələnə bilər

Süni intellekt əxlaqi qərarlar qəbul edəcəkmi? “OpenAI” araşdırır

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin