BAKU Azərbaycan
14.03°C
  • USD
    1.7
  • EUR
    1.7711
  • RUB
    1.629
  • TRY
    0.0492
  • GBP
    2.1302
49736

Azərbaycanın xarici likvid aktivləri 2027-ci ilə qədər xarici borcu üstələyəcək və xalis beynəlxalq investisiya mövqeyi 2024-2027-ci illərdə ÜDM-in orta hesabla 68 %-ni təşkil edəcək.

Valyuta.az Report-a istinadən xəbər verir ki, bu barədə “S&P Global Ratings” beynəlxalq reytinq agentliyinin Azərbaycanın suveren kredit reytinqlərinin təsdiqi ilə bağlı hesabatında qeyd edilib.

“Azərbaycan potensial ticarət şərtləri dəyişkənliyinə həssas olsa da, onun böyük xalis xarici aktiv mövqeyinin iqtisadi dövrlərin daxili iqtisadi inkişafa potensial mənfi təsirini azalda biləcək bufer rolunu oynayacağına inanırıq. Neftin qiyməti və hasilatı ilə bağlı proqnozlarımıza əsasən, biz Azərbaycanın cari əməliyyatlar hesabının profisitinin 2022-ci ildə rekord 30 %-dən sonra 2024-2027-ci illərdə ÜDM-in orta hesabla 7 %-ni təşkil edəcəyini gözləyirik. Bu da son 10 ildən artıq müddətdə ən yüksək səviyyədir”, - beynəlxalq reytinq agentliyinin analitikləri vurğulayıblar.

“S&P”nin proqnozlarına görə, 2024-2027-ci illərdə dövlət büdcəsinin profisiti ÜDM-in orta hesabla 1,7 %-ni təşkil edəcək, xərclər artdıqca (Qarabağa əlavə investisiyalar hesabına) tədricən tarazlığa düşəcək, neft hasilatı isə əvvəlki səviyyədə qalacaq:

“Hökumət növbəti bir neçə il üçün icmal büdcədə dövri kəsirləri nəzərdə tutub. Lakin bu, bizim proqnozlaşdırdığımız neft qiymətlərinə deyil (1 barel üçün 80 ABŞ dolları), neftin orta qiymətlərinin 60 ABŞ dolları (hökumət büdcə proqnozlarına düzəliş etdikdən sonra 75 ABŞ dollarına yüksəlib) əsasındadır. 2021-2023-cü illərdə neftin faktiki orta qiymətinin büdcədə nəzərdə tutulandan artıq olduğunu nəzərə alsaq, Azərbaycanda rəsmi proqnozlaşdırılan kəsirə qarşı ÜDM-in 7 %-i həcmində orta dövlət büdcəsi profisiti qeydə alınıb. 2024-cü ildə dövlət idarəetmə sektorunun profisitinin ÜDM-in 3,4 %-ni təşkil edəcəyini proqnozlaşdırırıq”.

Agentliyinin ekspertlərinin fikrincə, son illərdə təbii qaz hasilatının sürətlə artmasına baxmayaraq, büdcənin müvafiq gəlirləri neftdən gələn gəlirlərdən nəzərəçarpacaq dərəcədə aşağı olaraq qalacaq:

“Məsələn, son dövrlərdə təbii qazın qiymətinin xeyli yüksək olmasına baxmayaraq, 2023-cü ildə “Şahdəniz” yatağından hasil edilən qazın satışından əldə olunan və Dövlət Neft Fonduna köçürülən gəlirlər təxminən 1,3 milyard ABŞ dolları təşkil edib. Amma “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan hasil edilən neftin satışından təxminən 7 milyard ABŞ dolları gəlir əldə olunub”.

Hesabata əsasən, Azərbaycanın xalis fiskal aktiv mövqeyi güclü olaraq qalır:

“Bu, onun xarici mövqeyini əks etdirir və suveren reytinqlərini dəstəkləyir. Biz dövlət idarəetmə sektoru üzrə xalis aktiv mövqeyinin 2027-ci ilə qədər ÜDM-in 50 %-i ətrafında qalacağını gözləyirik. Xalis dövlət borcunu hesablayarkən biz ARDNF-nin xarici likvid aktivləri ilə bağlı təxminlərimizi daxil edirik. Biz 2023-cü ildə ÜDM-in təxminən 14 %-nə bərabər olan daha az likvid riskləri, o cümlədən fondun daxili investisiyalarını və xaricdəki səhmlərə dair müəyyən riskləri istisna edirik, çünki zərurət yaranarsa, onları tez bir zamanda ləğv etmək olmaz. Azərbaycan bir çox ölkələrdən (məsələn, Fars Körfəzi Əməkdaşlıq Şurasının üzvləri) suveren fondunun aktivlərinin tərkibinə və həcminə görə daha şəffafdır. Məsələn, ARDNF, malik olduğu sərmayələrin kateqoriyalarını təfərrüatlı şəkildə əks etdirən illik hesabatlar dərc edir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Bakının bu ərazisində işıq kəsiləcək

Bankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı?

Elon Mask üçüncü dünya müharibəsi barədə fikirlərini bölüşüb

Bakıdan dəmiryolu nəqliyyatı ilə ilk ixrac qatarı Çinə yola salınıb

Bakıdan dəmiryolu nəqliyyatı ilə ilk ixrac qatarı Çinə yola salınıb

"The Sunday Times": Ukrayna "ölümcül soyuqlar"la üzləşəcək

Gündə 279 nəfər doğulub, 162 nəfər ölüb

İlham Əliyev: Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək

154 illik "qızıl sikkə" dəyərinin 550 qatına satıldı

ABŞ-ın dövlət borcu tarixində rekord həddə çatıb

Kimlərə sosial yardım veriləcək? - İqtisadçı açıqladı

ÜST müşaviri xəbərdarlıq etdi: Yeni pandemiya riski artır

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

COP29: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib

Çexiya Rusiya neftindən imtina üçün son tarixi açıqladı

Həyəcan təbili: Şirin su ehtiyatı təhlükəli səviyyəyə düşüb

"Qazprombank"a növbəti qadağalar Cənubi Koreya və Argentinadan gəldi

Bəzi küçələrdə COP29 zolaqları qüvvədən düşüb (Video)

"Rolls-Royce" və "Maybach" üçün yeni rəqib - FOTO

Şuşa xəstəxanası üçün 2,3 milyonluq mebel və invertar alınacaq

"Bloomberg": Avropa yeni qaz böhranı ilə üzləşib, qiymətlər 45% artıb

Rusiyadan Ermənistana milyardlarla dollarlıq qızıl axır - Şəbəkənin arxasında kimlər dayanır?

DGK bu şirkətdən 1,1 milyonluq geyim alacaq

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

Maşını olanlar vergi versin - Deputatdan TƏKLİF

Neftin qiyməti 70 dollardan aşağı düşəcək - Ekspert

Alqı-satqı müqaviləsi iki şirkəti üz-üzə qoydu

“Shakh Telecom” 8000 manat cərimələnə bilər

Süni intellekt əxlaqi qərarlar qəbul edəcəkmi? “OpenAI” araşdırır

“Monolink” şirkəti ilə vergi orqanı arasında 130 minlik vergi borcu mübahisəsi

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin