BAKU Azərbaycan
14.03°C
  • USD
    1.7
  • EUR
    1.7711
  • RUB
    1.629
  • TRY
    0.0492
  • GBP
    2.1302
49196

2012-2023-cü illər ərzində Avropa İttifaqından (Aİ) Azərbaycana yatırılan investisiyaların ümumi həcmi 24,7 milyard ABŞ dolları təşkil edib.

Valyuta.az xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müşaviri Rauf Nəcəfli Aİ tərəfindən maliyyələşdirilən və Dünya Bankı tərəfindən idarə olunan Azərbaycan üçün Çevik Texniki Yardım Alətinin (AZTAF) ikinci illik hesabat toplantısında deyib.

O bildirib ki, Avropa İttifaqı və Dünya Bankı ilə müxtəlif proqram və layihələr çərçivəsində əməkdaşlıq iqtisadi inkişafın təmin edilməsində, innovativ yanaşmaların uyğunlaşdırılmasında mühüm rol oynayır: "Belə ki, Avropa İttifaqı ilə əməkdaşlıq ölkəmizin xarici siyasətində mühüm istiqamətlərdən biridir. Tərəflər arasında münasibətlərin artan dinamikasında ticarət ikitərəfli əməkdaşlığımızın əsas sahələrindən biridir. Eyni zamanda Azərbaycan avropalı investorlar üçün cəlbedici bazardır. Belə ki, 2023-cü ildə Avropa İttifaqının ölkəmizin xarici ticarətində payı 24,82 milyard ABŞ dolları, cari ilin yanvar-aprel ayları üçün isə bu rəqəm 5,31 milyard ABŞ dolları təşkil edib".

R.Nəcəfli qeyd edib ki, müvafiq sahədə həyata keçirilən tədbirlərin davamı olaraq, Prezident İlham Əliyevin 2022-ci il 22 iyul tarixli Sərəncamı ilə "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası" təsdiq edilib: "Strategiya çərçivəsində biznes üçün investisiya mühitinin yaxşılaşdırılması, enerji səmərəliliyinin təmin edilməsi, innovasiyaların dəstəklənməsi və stimullaşdırılması, məşğulluğun səmərəliliyinin artırılması və bir sıra əsas fəaliyyətlər müəyyənləşdirilib. Bu strategiyanın reallaşması nəticəsində 2026-cı ilin sonuna qədər ölkə iqtisadiyyatında böyük dəyişikliklər, prioritet sahələrdə artım və inkişaf templərinin sürətlənməsi gözlənilir".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Bakının bu ərazisində işıq kəsiləcək

Bankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı?

Elon Mask üçüncü dünya müharibəsi barədə fikirlərini bölüşüb

Bakıdan dəmiryolu nəqliyyatı ilə ilk ixrac qatarı Çinə yola salınıb

Bakıdan dəmiryolu nəqliyyatı ilə ilk ixrac qatarı Çinə yola salınıb

"The Sunday Times": Ukrayna "ölümcül soyuqlar"la üzləşəcək

Gündə 279 nəfər doğulub, 162 nəfər ölüb

İlham Əliyev: Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək

154 illik "qızıl sikkə" dəyərinin 550 qatına satıldı

ABŞ-ın dövlət borcu tarixində rekord həddə çatıb

Kimlərə sosial yardım veriləcək? - İqtisadçı açıqladı

ÜST müşaviri xəbərdarlıq etdi: Yeni pandemiya riski artır

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

COP29: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib

Çexiya Rusiya neftindən imtina üçün son tarixi açıqladı

Həyəcan təbili: Şirin su ehtiyatı təhlükəli səviyyəyə düşüb

"Qazprombank"a növbəti qadağalar Cənubi Koreya və Argentinadan gəldi

Bəzi küçələrdə COP29 zolaqları qüvvədən düşüb (Video)

"Rolls-Royce" və "Maybach" üçün yeni rəqib - FOTO

Şuşa xəstəxanası üçün 2,3 milyonluq mebel və invertar alınacaq

"Bloomberg": Avropa yeni qaz böhranı ilə üzləşib, qiymətlər 45% artıb

Rusiyadan Ermənistana milyardlarla dollarlıq qızıl axır - Şəbəkənin arxasında kimlər dayanır?

DGK bu şirkətdən 1,1 milyonluq geyim alacaq

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

Maşını olanlar vergi versin - Deputatdan TƏKLİF

Neftin qiyməti 70 dollardan aşağı düşəcək - Ekspert

Alqı-satqı müqaviləsi iki şirkəti üz-üzə qoydu

“Shakh Telecom” 8000 manat cərimələnə bilər

Süni intellekt əxlaqi qərarlar qəbul edəcəkmi? “OpenAI” araşdırır

“Monolink” şirkəti ilə vergi orqanı arasında 130 minlik vergi borcu mübahisəsi

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin