Bu il Qarabağ və Şərqi Zəngəzura 1,2 mlrd. manat investisiya yatırılıb
Bu ilin birinci rübündə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə əsas kapitala ümumilikdə 1 milyard 167 milyon 617 min manat məbləğində investisiya yönəldilib.
Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.
Məlumata görə, bu vəsaitin 1 milyard 159 milyon 155 min manatı tikinti-quraşdırma işlərinə aid olub.
Hesabat dövründə Qarabağ iqtisadi rayonunda investisiya qoyuluşu 535 milyon 895 min manat təşkil edib ki, bunun da 533 milyon 580 min manatı tikinti-quraşdırma işlərinə yönəldilib. İqtisadi rayona daxil olan Xankəndi şəhəri üzrə investisiya qoyuluşu 5 milyon 400 min manat, Ağcabədi rayonu üzrə 1 milyon 957 min manat, Ağdam rayonu üzrə 132 milyon 687 min manat, Ağdərə rayonu üzrə 6 milyon 967 min manat, Bərdə rayonu üzrə 14 milyon 165 min manat, Füzuli rayonu üzrə 137 milyon 845 min manat, Xocalı rayonu üzrə 12 milyon 624 min manat, Xocavənd rayonu üzrə 19 milyon 728 min manat, Şuşa rayonu üzrə 175 milyon 272 min manat, Tərtər rayonu üzrə 29 milyon 246 min manat olub.
İlin ilk üç ayında Şərqi Zəngəzur iqtisadi rayonuna ümumilikdə 631 milyon 721 min manat investisiya yatırılıb. Bunun 625 milyon 575 min manatı tikinti-quraşdırma işlərinə aid olub. İqtisadi rayona daxil olan Cəbrayıl rayonunda investisiya qoyuluşu 76 milyon 936 min manat, Kəlbəcər rayonunda 250 milyon 431 min manat, Qubadlı rayonunda 96 milyon 485 min manat, Laçın rayonunda 105 milyon 759 min manat, Zəngilan rayonunda 102 milyon 108 min manat təşkil edib.
© APA
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay